Icma.az
close
up
RU
Övladları güllələndi, soyuqdan öldü, itkin düşdü... Rəsulzadənin həyat yoldaşının faciəvi taleyi

Övladları güllələndi, soyuqdan öldü, itkin düşdü... Rəsulzadənin həyat yoldaşının faciəvi taleyi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümbülbanu Rəsulzadənin anım günüdür.

Kulis.az bu münasibətlə onun faciəli həyatı haqqında materialı təqdim edir.

Ümbülbanu Rəsulzadə 20 iyul 1888-ci ildə Bakı qəzasının Novxanı qəsəbəsində ziyalı bir ailədə dünyaya gəlib.

İlk təhsilini Bakı Quberniya Qızlar Gimnaziyasında alan Ümbülbanu xanım ali təhsilini isə İstanbul Universitetində ədəbiyyat və humanitar elmlər üzrə davam etdirib.

1908-ci ilin 31 yanvarında Məhəmməd Əmin Rəsulzadə ilə ailə quraraq dörd övlad dünyaya gətirib: Lətifə, Xalidə, Rəsul və Azər.

28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Ümbülbanu xanım ölkənin birinci xanımı titulunu alır.

O, yalnız cəmiyyətin önündə dayanmaqla kifayətlənmir, eyni zamanda qızların təhsilinə əhəmiyyət verərək bir çoxunun xaricdə dövlət hesabına təhsil almasına zəmin yaradır.

1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ümbülbanu xanım həyat yoldaşı ilə ayrı düşsə də, 1929-cu ilə qədər onunla məktublaşmağı davam etdirir.

Məhəmməd Əmin Rəsulzadə ona lazım olan maddi dəstəyi də göndərir. Lakin Ümbülbanu xanımın ailəsi daim izlənilir və 1937-ci ildə Stalin repressiyaları zamanı Rəsulzadə ailəsi Qazaxıstana sürgün edilir.

Bu dəhşətli faciələr nəticəsində Lətifə Müslümzadə, İşvə Müslümzadə, Sona Müslümzadə, Xalidə və Rəsul Rəsulzadə həyatını itirir.

Ümbülbanu xanım bütün bu iztirablara baxmayaraq, qızı və oğlu ilə birlikdə sürgün həyatını davam etdirir.

Oğlu Rəsulun 19 yaşında güllələnməsi onun həyatındakı ən böyük zərbə olur. Bu hadisə Ümbülbanu xanımın sağlamlığını sarsıdır və o, 1940-cı ilin 27 noyabrında Taldı-Kurqan vilayətində vəfat edir. Onun məzarı indiyədək naməlumdur.

Ümbülbanu xanımın ilk övladı Lətifə 1910-cu ildə doğulub. O, 1929-cu ildə Damad Müslümzadə ilə ailə qurur.

Lakin 1939-cu ildə həyat yoldaşı Müsavat Partiyası ilə əlaqələrinə görə həbs edilir və 1941-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilir.

Burada qızı İşvə ilə birlikdə soyuqdan və aclıqdan donaraq həyatını itirir. Firuzə təsadüfən sağ qalır, amma Sona haqqında heç bir məlumat yoxdur.

Kiçik qızı Xalidə 1916-cı ildə anadan olub. Anasının ölümündən sonra Taldı-Kurqanda qalmayan Xalidə 1943-cü ildə Bakıya qaçır, lakin sonradan ondan da heç bir xəbər alınmır.

Oğlu Rəsul 1918-ci ildə doğulub. Texnikum təhsili almış, şeir yazmaq istedadı da olan Rəsul 1934-cü ildən təqib olunub. 1937-ci ilin iyulunda Novxanıda bağlarında həbs edilərək 19 yaşında güllələnib.

Ən kiçik övladı Azər isə 1920-ci ildə doğulub. Uşaqlıqdan faciələrlə üzləşən Azər 1993-cü ildə Qazaxıstanın Karaqanda şəhərində vəfat edib və Novxanı qəbirstanlığında dəfn olunub.

Ümbülbanu xanım həyatının son illərini ağır təqiblər altında yaşasa da, Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırır və onun mübarizliyini müdafiə edir. 1937-ci ildə "Böyük Təmizlik dövrü"ndə NKVD tərəfindən istintaqa çağırılan Ümbülbanu xanımın möhkəm iradəsi erməni zabitlərini belə heyrətləndirir.

Həmin dövrün istintaq materiallarında belə bir dialoq yer alıb:

- Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada yaşayır?

- Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.

- Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa necə?

-1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.

- Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?

- Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq...

Oğlu Rəsulun həbsi və ölümü onun bütün ruhunu sarsıdır. Ümbülbanu xanımın həyatı soyuq və aclıqla, oğlunun itkisi ilə və ailəsinin parçalanması ilə dolu olur. Buna baxmayaraq, o, həyat yoldaşı Məhəmməd Əmin Rəsulzadəyə olan inamını heç vaxt itirmir.

Oğlu Azər sürgün illərində də anasının və qardaşının xatirəsini daim yad edir. Onların yaşadığı ağır çətinliklər, Gəncə həbsxanası və Taldı-Kurqandakı sərt həyat şəraiti Azərin yaddaşında ömür boyu iz qoyur. Həmin illərdə ailə üzvləri demək olar ki, heç bir maddi şey götürə bilməyib, 28 gün ərzində çörəksiz qatar səyahətində donaraq Qazaxıstana gətiriliblər.

Ümbülbanu xanımın həyat hekayəsi bir qadının gücü, sədaqəti və ailəsinə olan sonsuz sevgisinin əyani nümunəsidir.

Onun fədakarlığı, övladlarının və ailəsinin müdafiəsi uğrunda göstərdiyi mübarizə Azərbaycan tarixində unudulmaz bir qəhrəmanlıq səhifəsi kimi qalır.

Materialın hazırlanarkən Nəsiman Yaqublunun "Məhəmməd Əmin Rəsulzadə" kitabındakı faktlardan istifadə olunub.

Bir qrup alim təltif edilib - SƏRƏNCAM Məşhur caz portalı “Baku Jazz Festival-2025”dən yazdı Müğənni Samirə Əfəndi Akif Nağını məhkəməyə verəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri