Icma.az
close
up
RU
Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... Nadir dəfn fotoları

Rəsulzadənin iki məktubu, həyat yoldaşının xəstəliyi, türkəçarə... Nadir dəfn fotoları

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfatından 70 il keçir.

Ötən ilin dekabr ayında, Ankara kitab sərgisindəki Azərbaycan stendində Krım türklərindən olan bir şəxs bizə yaxınlaşdı, arxivində Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə aid bir neçə məktubun surətinin olduğunu söylədi. Məktubların orijinallarının Krımın mühacirətdəki məşhur ictimai-siyasi xadimlərindən İsmayıl Otarın arxivində saxlanıldığını bildirdi.

Məktublardan ikisi əlyazmaların, biri isə makina yazısının surətidir. İlk məktub 16 avqust 1947-ci ildə Rəsulzadənin II Dünya müharibəsindən sonra həyat yoldaşı Leyla xanımla birgə yaşadığı Mittenvald düşərgəsindən göndərilib.

Krım türklərinin liderlərindən Cəfər Seydahməd Krımərə ünvanlanmış bu məktubun surəti çox oxunaqsız vəziyyətdə olduğu üçün bəzi cümlələri çözməyə çalışdıq. Məktubda Rəsulzadə ayın 25-də bir qrupla qatarla Münxendən Parisə doğru, sentyabrın 5-də isə Marseldən bir türk vapuru ilə İstanbula yola düşəcəklərini bildirib.

Yada salaq ki, 1930-cu ildə Türkiyəni tərk etməyə məcbur olan Rəsulzadə yaxın dostları Həmdullah Sübhi Tanrıöver, Kənan Kocatürk kimi şəxslərin dəstəyi ilə yenidən qardaş ölkəyə qayıda bilib. Prezident İsmət İnönünün və Nazirlər Şurasının 8 iyul 1947-ci ildə verdiyi qərardan sonra Rəsulzadənin gəlişinə icazə verilib.

Rəsulzadənin vəfatı münasibətilə Mustafa Nermi imzasıyla "Yeni İstanbul” qəzetində çıxan məqalədə məktubda qeyd edilən qrup haqqında, eləcə də Avropadan Türkiyəyə olan səfər barədə detallı bilgilər mövcuddur. Beləliklə, Rəsulzadə 1947-ci ilin sentyabrında Türkiyəyə yerləşib, ömrünün sonuna qədər bu ölkədə yaşayıb.

Cəfər bəy Rəsulzadənin ən yaxın mücadilə yoldaşlarından biri olduğu üçün Türkiyəyə gəldikdən sonra qələmə aldığı digər iki məktub da ona ünvanlanıb.

Surəti daha oxunaqlı olan digər bir məktubun mətni bu şəkildədir:

"Ankara. 5. 11. 47.

Aziz ve muhterem dostum Cafer Bey!

9.10.47. tarihli mektubunuzu aldım. Teşekkür ederim. Cevabında acele etmediğimin sebebi Ankaradan daha .... bir intiba ile bahsedebilmek arzusu idi. Ankara’nın havası fena değildir. Mevkii de birçok cihetten bizim için daha elverişlidir. Burada daha bir müddet kalacağız. Ayni zamanda İstanbul’a bir baş vurmak niyetinden de sarf-ı nazar etmiş değilim. O zaman inşallah uzunboylu görüşürüz.

H.S. Bey dostumuzla yakin ki görüştünüz. Ben de dün kendisile telefonla görüştüm. Bizim mülteciler meselesi, maalesef, bu kış halledileceğe benzemiyor. Münich’ten mektup aldım. Orada heyet kendilerine 4-5 hafta sonra transport yapılacaklarından bahsetmiş iken vadedilen müddet geçmiş ve bir netice görünmediğinden herkeste tekrar bir infial ve inkisar hasıl olmuştur. Söylediğine göre İtalya’dan 180 kişiyi bir Mısır prensi alıp Mısır’a götürmüş imiş. Bu havadis ne dereceye kadar doğrudur, siz daha eyi bileceksiniz. Her halde Avrupa’dakileri bu yıl şiddetli bir kış beklemektedir...

Amerika-Rusiya tartışması gittikce derinleşiyor. Bereket versin, heriflerin ağızlarına vuruluyor. İnşallah daha müsait günler gelir.

Şimdilik bu kadar. Hanım efendiye ve size eşimle beraber hürmetler eder, selamlar sunarım. Ahmet Veli Bey’e benden selamlar. M. Ali ve diğer arkadaşların da selamları vardır.

Kardeşlikle M.Emin.”

Bu məktubdan aydın olur ki, Rəsulzadə artıq Türkiyənin paytaxtına yerləşib, Ankaranın havasından narazı deyil, fəaliyyət üçün də əlverişli mühit vardır. "H.S.” bəy Rəsulzadənin hələ əsrin əvvəllərindən tanıdığı Türk Ocağının sədri Həmdullah Sübhi bəydir. Məktubdan öyrənirik ki, II Dünya müharibəsindən sonra Avropa düşərgələrində qaçqın kimi yaşayan azərbaycanlıların taleyi Rəsulzadəni çox narahat edib.

Qaçqın düşərgələrini görmüş Məhəmmədəmin bəy bir çox azərbaycanlı kimi müharibədən sonra onların xilas olunmalarına çalışıb. Əksəriyyəti SSRİ-yə təhvil verilən bu şəxslərin sağ qalanlarının xilası üçün 1947-ci ildə həm Türkiyə, həm də Misir dövləti mühüm işlər görüb. Misir şahzadəsi İbrahim özü şəxsən İtaliyanın Neapol limanından gəmi ilə xeyli mühaciri Qahirəyə aparıb.

Onlar arasında irəvanlı Cabbar Ərtürk, qazaxlı Zöhrab Kəsəmənli və digərləri də olub. Rəsulzadənin bəhs etdiyi bu hadisə ilə bağlı şəxsi arxivimizdə bir çox fotoşəkil də mövcuddur.

Cəfər bəyə göndərilmiş ikinci məktubun mətni isə belədir:

"Ankara. 16.11.47.

Aziz ve muhterem dostum Cafer Bey!

Ətraflı

9.11.47. tarihli mektubunuzu aldım. Hissiyatınıza ve ilginize çok teşekkür ederim. Rafikanın hastalığı hakkındaki havadis mübalağalıdır: Rafika tansiyon düşüklüğü ve umumî zaf yüzünden bir kaç gün yatakta kaldısa da, şimdi, hamdolsun, eyidir. Gösterdiğiniz ilgiye teşekkürle beraber, sizden bir ricası de vardır: İhtimal ki diyor - sizin hanımefendi, tedavi için, bazı otlar kullanıyor; şu takdirde bu otlar hakkında biraz malumat lütfetmezler mi, diyor. Müsbet bir cevap alacak olursa, son derecede memnun ve müteşekkir olacaktır.

H.S. Beyle bir daha görüşemedim. Fakat diğer menabiden aldığım intiba zavallı yurtsuzlarımızın yakın zamanda buraya alınılamayacakları mahiyetindedir.

M. Ş. Bey'e atfolunan isnade gelince: doğrusu, ben bu işe şaştım. Onun hakkınızda böyle bir söz söylemiş olduğuna kat'iyen ihtimal veremem; burada, mutlaka, bir sui tefahüm vardır. Bununla beraber, isnadın menşei muayyen olduğundan, teessürünüze tamamiyle hak veriyorum. Meseleyi takip ile, haysiyetinizi korumak vazifenizdir. Fakat bunun için en kestirme yoldan giderseniz, benimce, daha isabet etmiş olursunuz ki, bu da, bilavasıta, M. Ş. Bey'in kendisine müracaatta bulunmak ve izahat almaktır. Bu suretle meselenin daha radikal bir surette halledilmiş olacağını kuvvetle tahmin ederim. Ne kadar dost bir şahıs olsa da, üçüncü birisinin işe müdahalesi, zannımca ki daha eyi bir netice temin etsin.

Rafikam ve ben rafikanız hanımefendiye, size ve bütün ailenize candan teşekkür eder, sıhhat ve saadetler diler, samimi selamlar sunarız. M. Ali ile Kerim Beyler de selam ederler.

Saygı ve sevgilerimle

Kardeşiniz: M. Emin.”

İkinci məktubda da Avropada qaçqın düşərgələrində yaşayan soydaşlarımızın əhvalı ilə bağlı narahatlıqları görürük. Cəfər Seydahməd Krımərlə mübahisəsi düşmüş və Rəsulzadənin də tanıdığı "M.Ş.” bəyin kim olduğuna gəldikdə isə ola bilsin ki, yazı xətası olaraq əslində "M. S.” olmalıdır. Bu halda isə Rəsulzadənin də tanıdığı mühacirlərdən Məhəmməd Sadıq Aran ola bilər.

Məktubun girişindəki məlumatlardan öyrənirik ki, Rəsulzadənin həyat yoldaşı Leyla xanım bir müddətdir xəstə imiş, müalicə üçün türkəçarə üsullar istənilib...

Məhəmməd Əmin Rəsulzadə 70 il bundan öncə - 6 mart 1955-ci ildə Ankarada vəfat edib. Cənazə polis heyətinin və silahdaşlarının müşayiəti ilə Cəbəci Əsri məzarlığına aparılıb. Əslində fotoşəkillərdən və şəhər valisinin də iştirakından aydın görünür ki, Rəsulzadə rəsmi dövlət törəni ilə dəfn edilib.

Şəxsi arxivimizdə törənə dair orijinal fotoşəkillər mövcuddur. Onları sizə təqdim edirik:

Mənbə: Teleqraf.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Mart 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri