Icma.az
close
up
RU
SOS: Uşaqların həyatı TƏHLÜKƏDƏ Bu oyunlar ÖLÜMƏ APARIR

SOS: Uşaqların həyatı TƏHLÜKƏDƏ Bu oyunlar ÖLÜMƏ APARIR

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Ölümə aparan internet oyunları Yardımlıda bir can aldı, Bakıda isə məktəblilərə verilən naməlum qrafalı vərəqəni polis araşdırıb - mütəxəssisdən çağırış

Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd “TOZ” markalı ov tüfəngini götürüblər. Məlumata görə, yeniyetmənin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib. O, intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda Ə.Şükürlüyə vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bildirək ki, Ə.Şükürlü evin sonbeşiyi və beş bacının tək qardaşı olub. Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır. Bu hadisənin ardınca daha bir məlumat yayıldı ki, Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib. Bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib. “Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca ”mənə yaz" sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov mətbuata bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır: “Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.

“Məktəblilərə paylanan qrafalı vərəqələr internet platformalarında onlayn şəbəkə oyunlarında komanda formalaşdırmaq məqsədilə təşkil olunub”. Bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib. E.Hacıyev deyib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib. Qeyd olunub ki, polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur. Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı “Squid game” serialından götürülüb. “Netflix”də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bəs çıxış yolu nədir? Uşaqlarımızı bu bəladan necə qorumalı? Son illərdə müxtəlif ölkələrdə gəncləri intihara sövq edən təhlükəli oyunların olduğu hər kəsə məlumdur. İntihar həddinə çatdıran oyunların aşağıdakılar olduğu deyilir:

1."Mavi Balina" (Blue Whale Challenge). 2016-cı ildən etibarən bir çox ölkədə yeniyetmələr arasında yayılan bu oyun gəncləri 50 gün ərzində müxtəlif psixoloji və fiziki tapşırıqları yerinə yetirməyə məcbur edir. Oyunun son mərhələsi intihar etməyi tələb edir. Bu oyun sosial şəbəkələr vasitəsilə gizli qruplarda yayıldığı üçün valideynlərin nəzarət etməsi çətin olur.

2."Momo Challenge". “WhatsApp” və digər mesajlaşma platformaları vasitəsilə yayılan bu oyunda yeniyetmələr anonim şəxslər tərəfindən müxtəlif qorxuducu tapşırıqlara məcbur edilir. Oyun iştirakçılara psixoloji təzyiqlər göstərərək onları özlərinə zərər verməyə və hətta intihara sövq edir.

3."Jonathan Galindo". Bu oyun “Mavi Balina”ya bənzəyir və əsasən sosial şəbəkələrdə maskalı profillər vasitəsilə yeniyetmələri hədəfə alır. Onlara əvvəlcə sadə tapşırıqlar verilir, lakin getdikcə zorakılıq və intiharla bağlı şərtlər qoyulur.

4."Qırmızı Bayquş" (Red Owl). Bu oyun haqqında məlumatlar az olsa da, onun da yeniyetmələri psixoloji təzyiq altında saxlayaraq intihara sövq etdiyi iddia edilir.

Mütəxəssislər qeyd edir ki, yeniyetmələri bu cür təhlükəli oyunlardan qorunması üçün ilk növbədə ailədə valideyn nəzarəti artırılmalıdır. Uşaqların internetdə hansı oyunları oynadığını və kimlərlə ünsiyyətdə olduğunu izləmək vacibdir. Həmçinin, yeniyetmə və uşaqların psixoloji vəziyyətə diqqət yetirilməlidir. Çünki qapalı və aqressiv davranışlar uşağın psixoloji problemlərlə üzləşdiyinə işarə ola bilər. Məktəblərdə və ailələrdə uşaqlara təhlükəli internet oyunları barədə məlumat verilməli, onların potensial risklərdən xəbərdar olması təmin edilməlidir.

Bundan başqa, bu məsələyə dövlət nəzarəti də gücləndirilməlidir. Yəni, bu cür oyunların yayılmasının qarşısını almaq üçün hüquq-mühafizə orqanları və kibertəhlükəsizlik strukturları daha ciddi tədbirlər görməlidirlər. Bir sözlə, ailələr və cəmiyyət birlikdə bu cür təhlükələrə qarşı mübarizə aparmalıdır.

Mövzu ilə bağlı psixoloq Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, hələ bir neçə il əvvəl Azərbaycanda təhlükəli “Mavi balina” oyunu yayılmağa başlamışdı: “Həmin vaxt bu oyun Qazaxıstanda və Rusiyada geniş yayılmışdı, xeyli sayda məktəbli, yeniyetmə onun qurbanı olmuşdu. Azərbaycanda isə geniş yayılmasa da, hər halda gəlib çıxmışdı və bununla bağlı mənə də müraciət olunmuşdu. Sözsüz ki, bu, böyük problemdir və təkcə Azərbaycan deyil, bütün dünya üçün. Bu cür müxtəlif təhlükəli oyunlar, şəbəkələr, qruplar yaranır və onların da qurbanları əsasən yeniyetmə və uşaqlardır. Çünki bu yaş kateqoriyasında olanlar təsir altına tez düşür, aldanır”.

Azad İsazadə

“Bəs nə etməli?” - sualına cavabında A.İsazadə qeyd etdi ki, ilk növbədə valideyn nəzarəti olmalıdır: “Valideyn bilməlidir ki, övladı internetdə neçə saat vaxt keçirir və harada nəyə baxır, nə işlə məşğul olur. İndi məktəblərə smartfon telefonların gətirilməsi qadağan olunur. Amma faktdır ki, 5-ci sinifdən yuxarı bütün şagirdlərin əlində smartfonlar var. Bəzən deyirlər ki, valideynlər uşaqları ilə daim əlaqədə olmaq üçün telefonu verir. Amma buna görə sadə telefonlar var, onlardan istifadə etmək olar. Yoxsa ki, bahalı smartfon telefonları uşaqlara alırlar, əlbəttə ki, uşaqlar da həmin telefonlardan təkcə əlaqə saxlamaq, dərs hazırlamaq üçün istifadə etmir, həm də müxtəlif arzuolunmaz saytlara, şəbəkələrə, oyunlara girir. Dövlətlər də çalışır ki, bu məsələləri ciddi nəzarətdə saxlasınlar, bununla bağlı müəyyən qadağalar var və sairə. Amma hesab edirəm ki, bu istiqamətdə geniş proqram olmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:365
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri