Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Oxşar talelər, oxşar faciələr Xocalı, Serebrenitsa

Oxşar talelər, oxşar faciələr Xocalı, Serebrenitsa

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

1995-ci ilin iyulunda Srebrenitsa şəhərində baş vermiş soyqırım 8 mindən çox günahsız bosniyalı müsəlmanın qətlə yetirilməsi ilə nəticələnib. Törədilmiş qətliam zamanı günahsız mülki insanlar, xüsusilə də qadın və uşaqlar qətlə yetirilmiş, bu hadisənin qurbanları kütləvi məzarlıqlarda dəfn edilmişdir.
İyul ayının 11-dən başlayaraq bir neçə gün Bosniya və Hersoqovina tarixinə qanlı hərflərlə yazılıb. Həmin günlərdə Srebrenitsa başda olmaqla, bütövlükdə Bosniya-Hersoqovinada, Azərbaycanda və digər ölkələrdə Srebrenitsa qətliamı qurbanlarının xatirəsi dərin ehtiramla anılır. Azərbaycan və Bosniya-Hersoqovina xalqları arasında tarixi baxımdan bənzər cəhətlər çoxdur və onlardan ən əsası hər iki xalqın amansız təcavüzə məruz qalması və bəşəriyyətə qarşı qəsd kimi dəyərləndirilən Xocalı-Srebrenitsa faciələrini yaşamalarıdır. Bu baxımdan 2013-cü il fevralın 26-da Bosniya və Hersoqovina Parlament Məclisi tərəfindən “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün tanınması və hörmət olunması”na dair qəbul edilən qətnamə beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olmaqla Bosniyalıların Azərbaycan xalqına, dövlətinə dərin hörmətinin təzahürü idi.
Bu gün Azərbaycan üçün xarici siyasətdə prioritet Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsas tutaraq İkinci Qarabağ – Vətən Müharibəsində əldə etdiyimiz Zəfərin, Suverenliyimizin tam bərpa olunmasını beynəlxalq aləmdə daha düzgün qavranılması və beynəlxalq təşkilatlarda problemin ədalətli həll olunması modelini nümayiş etdirməkdir.
Azərbaycan artıq yeni çoxvektorlu xarici siyasət istiqamətində həyata keçirdiyi siyasi islahatları dərinləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət tarixinə nəzər yetirsək görərik ki, Azərbaycan bütün dünya dövlətləri ilə, xüsusilə İkinci Qarabağ Müharibəsi zamanı bizə dost olan, haqq işimizi dəstəkləyən, böyük strateji əhəmiyyət kəsb edən ölkələrlə əməkdaşlığını hərtərəfli intensivləşdirir.
Ölkəmiz özünün xarici siyasətində bu gün də Balkan ölkələri ilə, xüsusilə Bosniya və Hersoqovina ilə əməkdaşlığa çox böyük əhəmiyyət verir və bunun nəticəsidir ki, ölkələrimiz arasında olan çoxtərəfli münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlmişdir.
Təsadüfi deyil ki, ölkəmiz ötən müddət ərzində Bosniya və Herseqovinanın bir neçə şəhərində mühüm infrastruktur layihələri həyata keçirib. İkitərəfli dostluq və qardaşlıq əlaqələrinin göstəricisi olaraq 2011-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığına əsasən, dövlətimizin dəstəyi ilə Sarayevo şəhərindəki Bakı küçəsində yenidənqurma və bərpa işləri həyata keçirilib. Bunun davamı olaraq 2012-ci ilin fevral ayında Heydər Əliyev Fondu tərəfindən yeni “Dostluq parkı” salınıb və həmin parkda Xocalı və Srebrenitsa soyqırımlarını özündə əks etdirən ciddi tarixi, siyasi və mənəvi əhəmiyyətə malik memorial kompleks yaradılıb. Eyni zamanda Banya Luka şəhərində tibbi mərkəz yaradılıb, Sarayevoda tibb müəssisəsi təsis edilib. Çətin pandemiya dövründə də Azərbaycan dostu və tərəfdaşı olan Bosniya və Herseqovinaya həm tibbi, həm də humanitar yardımlar edib.
2023-cü ilin 03 mart tarixində Bosniya və Herseqovina Rəyasət Heyəti Sədrinin Azərbaycana, daha sonra həmin ilin 13 aprel tarixində Prezident İlham Əliyevin Bosniya və Hersoqovinaya rəsmi səfəri bu günə qədər iki ölkə arasında formalaşmış əməkdaşlığın məntiqi davamı, açıq təzahürü, eləcə də Azərbaycanın Avropa ölkələri ilə münasibətlərinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfərlərindən idi.
“Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında əməkdaşlığın inteqrasiyasına, irimiqyaslı və səmərəli layihələrin həyata keçirilməsinə, xalqlarımız arasında sağlam dialoqun inkişafına yeni zəmin yaratdı.
Bu proseslərdə hakimiyyətin əsas qollarından olan Parlament də mühüm rol oynayır. Ölkələrarası münasibətdə parlament demokratiyasının təsir imkanlarından istifadə edən Azərbaycan tərəfi beynəlxalq inteqrasiya prosesinə, milli maraqların qorunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırımasında yaxından iştirak edir.
Milli Məclisin nəzdində yaradılan dostluq qruplarının da özünəməxsus rolu burda danılmazdır. Bu gün fəaliyyət göstərən belə qruplardan biri – Azərbaycan və Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu məhz Bosniya və Hersoqovina Parlamenti ilə qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə çalışmaqdadır.
Qeyd edim ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bu ərazilərə səfər etmiş ilk yüksək səviyyəli Parlament rəsmilərindən biri Bosniya və Herseqovina Parlament Assambleyasının Xalqlar Palatasının sədri Bakir İzetbeqoviç idi. Belə ki, Bosniya və Herseqovinanın nümayəndə heyəti 2021-ci ilin 08 -10 iyun tarixlərində ölkəmizə baş tutan səfər çərçivəsində Ağdam şəhərində oldu.
Keçdiyimiz gün Azərbaycan Respublikası Milli Məclisi sədrinin Bosniya və Herseqovinaya işgüzar səfəri çərçivəsində Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzdə anım mərasimində iştirak etməsi Azərbaycan Parlamentinin iki ölkə, xalq arasında mövcud dost münasibətlərinin inkişafında növbəti töhfəsi adlandırmaq olar.
Azərbaycan həqiqətlərinin Bosniya və Hersoqovina ictimaiyyətinə, o cümlədən dünya birliyinə çatdırılması baxımından həyata keçirilən layihələr olduqca əhəmiyyətlidir və düşünürəm ki, Srebrenitsa soyqırımının da Azərbaycan ictimaiyyətinə daha geniş çatdırılması, gələcəkdə müxtəlif səpgili layihələrin keçirilməsi iki xalq arasında ictimai-mədəni əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edəcəkdir.
Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək BMT-nin regionda sülh və təhlükəsizliyin təmin olunmasına dair qətnamələrini yerinə yetirən yeganə dövlətdir.
Beləliklə, Şuşaya hər birimiz üçün müqəddəs olan, üçrəngli Azərbaycan Bayrağının sancılması, Suverenıyimizin tam bərpa olması ilə bu günədək baş vermiş müharibələrdə canını fəda edərək şəhid olmuş qəhrəmanlarımızın qanları yerdə qalmadı, haqq və ədalət bərqərar oldu.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı,
Azərbaycan-Bosniya və Hersoqovina
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyul 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri