Icma.az
close
up
RU
Bakıda oxşar profilli universitetlər birləşdiriləcək?

Bakıda oxşar profilli universitetlər birləşdiriləcək?

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər dövlət idarəçiliyində səmərəliliyin artırılması, xərclərin optimallaşdırılması və institusional islahatların dərinləşdirilməsi ilə bağlı müzakirələr daha da intensivləşib. Bu kontekstdə ayrı-ayrı nazirlik və qurumların birləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması və büdcə yükünün azaldılması məsələləri vaxtaşırı gündəmə gətirilir. Təbii olaraq, bu müzakirələr cəmiyyət üçün strateji əhəmiyyət daşıyan digər sahələri, xüsusilə də elm və ali təhsil sferasını da diqqət mərkəzinə çıxaerır.

Məhz bu fonda sual yaranır: ali təhsil müəssisələrinin mövcud strukturu günün tələblərinə nə dərəcədə cavab verir və optimallaşdırma siyasəti universitetlərə də şamil oluna bilərmi? Universitetlərin ixtisarı və ya birləşdirilməsi ehtimalı, onların sayının çoxluğunun dövlət büdcəsinə təsiri, kadr hazırlığının keyfiyyəti və elmi potensialın səmərəli idarə olunması kimi məsələlər aktual müzakirə predmetinə çevrilir. Xüsusilə eyni profilli, oxşar ixtisaslar üzrə fəaliyyət göstərən ali məktəblərin mövcudluğu resursların parçalanmasına səbəb olurmu, yoxsa rəqabət mühitini gücləndirir, bu suallar birmənalı cavab tələb edir.

Mövzu ilə əlaqədar Modern.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, hazırda dövlət idarəçiliyində optimallaşdırma və resurslardan səmərəli istifadə ilə bağlı aparılan müzakirələr fonunda elm və ali təhsil sahəsinin də bu proseslərdən kənarda qalması real görünmür.

“Lakin burada əsas məsələ ixtisar birbaşa ifadə etdiyi mənaya mexaniki yanaşmamaqdır. Ali təhsil strateji sahədir və məqsəd universitetlərin sayını azaltmaq yox, onların keyfiyyətini, effektivliyini və real nəticələrini artırmaq olmalıdır. Bu baxımdan, funksional təkrarlanma olan, elmi və akademik göstəriciləri zəif, maddi-texniki bazası və kadr potensialı tələblərə cavab verməyən ali məktəblərin birləşdirilməsi, düşünürəm ki, müzakirə mövzusu ola bilər.

Ali təhsil sahəsində struktur islahatları faktiki olaraq artıq bir neçə ildir gündəmdədir. Bu, yalnız xərclərin azaldılması yox, həm də idarəetmənin çevikləşdirilməsi, elmi fəaliyyətin gücləndirilməsi və beynəlxalq rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Mənə görə, universitetlərin ixtisarı yox, rasional birləşdirilməsi və ixtisaslaşması daha real və məqsədəuyğun ssenari kimi görünür. Düşünürəm ki, eyni profilli, eyni şəhərdə yerləşən, oxşar tədris proqramları təqdim edən ali məktəblərin vahid akademik mərkəzlərə çevrilməsi mümkündür”.

Deputatın fikrincə, universitetlərin sayı ilə bağlı məsələyə gəldikdə isə, burada problem sayda deyil, effektivlikdədir:

“Əgər universitet elmi məhsul ortaya qoymursa, məzunları əmək bazarının tələblərinə cavab vermirsə və yalnız inzibati strukturun saxlanmasına xidmət edirsə, bu, təbii ki, dövlət büdcəsi üçün əlavə yükdür. Amma səmərəli idarə olunan, tədqiqat aparan, beynəlxalq layihələrə qoşulan universitetlər xərclə yanaşı, intellektual və iqtisadi dəyər də yaradırlar. Deməli, məsələ universitetlərin çoxluğu yox, onların real faydalılıq əmsalıdır”.

Millət vəkili diqqətə çatdırıb ki, parlament səviyyəsində də universitetlərin ixtisarı, birləşdirilməsi ətrafında müzakirələrin aparılması mümkündür:

“Bu, ictimai dinləmələr formatında da baş tuta bilər. Bu, mənim subyektiv ehtimalımdır. Bu kimi məsələlərlə bağlı qərarların qəbul edilməsi mexanizmi var və həmin mexanizm çərçivəsində qeyd olunan məsələlər də dəyərləndirilə bilər. Çünki ali təhsil eyni zamanda milli təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalı məsələsidir. Belə müzakirələr emosional yox, statistik göstəricilər, beynəlxalq təcrübə və uzunmüddətli strateji hədəflər əsasında aparılmalıdır. Parlament burada normativ-hüquqi çərçivənin təkmilləşdirilməsi baxımından mühüm rol oynaya bilər”.

E.Mirzəbəyli hesab edir ki, optimallaşdırma heç bir halda “kəsmək”, “bağlamaq” kimi qəbul olunmamalıdır:

“Optimallaşdırma prosesin optimal və faydalı əsaslarla qurumasıdır. Düşünürəm ki, ilk növbədə regionlardakı universitetlər gücləndirilməli, paytaxt mərkəzçiliyi azaldılmalı, eyni ixtisasları təkrar edən ali məktəblər arasında konsolidasiya aparılmalı, universitetlər ixtisaslaşma prinsipinə keçməli, yəni tədqiqat universiteti, tətbiqi universitet, pedaqoji və texniki profilli ali məktəblər kimi fəaliyyət göstərməlidirlər. İlk növbədə isə akademik heyətin və elmi nəticələrin qiymətləndirilməsi əsas meyara çevrilməlidir.

Zənnimcə, ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mahiyyəti həm də qeyd etdiyim məqamlardan ibarətdir. Təbii ki, bütün bunlar mənim subyektiv fikirlərimdir və müşahidələrim əsasında belə bir qənaətə gəlmişəm”,- deyə deputat fikrini tamamlayıb.

Təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, hazırda bəzi nazirliklərdə, komitələrdə, bələdiyyələrdə və yerli icra hakimiyyəti orqanlarında struktur dəyişiklikləri əsasən optimallaşdırma məqsədi daşıyır.

“Bu prosesin universitetlərə təsir mexanizminə nəzər salsaq, demək olar ki, yalnız müəyyən hallarda belə bir təsir mümkündür. Məsələn, əgər hansısa universitetin ixtisasları Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən akkreditasiyadan keçmirsə, yəni kvalifikasiya verilmir və həmin ixtisaslar lisenziyalaşdırılmırsa, bu zaman universitetin fəaliyyətinə məhdudiyyət tətbiq oluna bilər. Belə hallarda həmin ixtisaslar üzrə təhsil alan tələbələr digər universitetlərə köçürülə bilər”.

Ekspertin sözlərinə görə, universitetlərin birbaşa birləşdirilməsinə gəldikdə isə, bu, müəyyən şərtlər daxilində mümkündür:

“Birincisi, birləşəcək universitetlər coğrafi baxımdan bir-birinə yaxın olmalıdır. Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Azərbaycan Texniki Universitetin birləşdirilməsi nəzəri cəhətdən mümkün görünə bilər. Lakin hazırda belə bir variant gündəmdə deyil və buna real ehtiyac da yoxdur. Çünki bu ali təhsil müəssisələrinin hər birinin özünəməxsus profili var. Müəyyən oxşar ixtisaslar mövcud olsa da, ümumi fəaliyyət istiqamətləri fərqlidir.

Eyni zamanda, hər bir universitetin kifayət qədər tələbə kontingenti, müəllim-professor heyəti mövcuddur və hər hansı ali təhsil müəssisəsinin bağlanması təhlükəsi yoxdur. Bunların hamısı dövlət universitetləridir. Regionlara nəzər salsaq, demək olar ki, hər bölgədə bir universitet fəaliyyət göstərir. Bəzi hallarda isə həmin bölgənin adına uyğun universitetlə yanaşı, Pedaqoji Universitetin filialı mövcuddur. Əgər bu cür filiallarda tələbə kontingenti az olarsa, nəzəri baxımdan onların regional universitetlərə birləşdirilməsi mümkündür. Lakin hazırda bildiyim qədərilə belə bir fakt yoxdur”.

E.Əfəndi əlavə edib ki, yalnız Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu birləşmə ehtimalı müzakirə oluna bilər:

Lakin indiki mərhələdə bu da real görünmür. Ümumilikdə isə, mövcud optimallaşdırma prosesinin universitetlərə ciddi təsir göstərəcəyini düşünmürəm.

Universitetlərin birləşməsinin təhsil keyfiyyətinə təsiri məsələsinə gəldikdə isə, bu, konkret vəziyyətdən asılıdır. Əgər təhsil keyfiyyəti daha yüksək olan bir universitet digər universitetlə birləşərsə və üstün keyfiyyətə malik universitetin tədris proqramları tətbiq olunarsa, bu, ümumi təhsil keyfiyyətinin yüksəlməsinə səbəb ola bilər. Beynəlxalq təcrübədə də bu cür nümunələr mövcuddur. Belə ki, bəzi hallarda bir universitetin tələbələri digər universitetə köçürülür, özü isə fəaliyyətini dayandırır və nəticədə daha keyfiyyətli kadr hazırlığı təmin edilir”.

Təhsil eksperti söyləyib ki, optimallaşdırma çərçivəsində universitetlərin birləşdirilməsi və ya bağlanması məsələsi daha çox bəzi özəl universitetlərlə bağlı ola bilər:

“Belə ki, tələbə kontingenti dövlət universitetlərinə köçürülə, ümumi sistemdə optimallaşma aparıla bilərdi. Lakin burada da mühüm bir məqam var: özəl universitetlər özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərir, onların tələbə kontingenti və müəllim-professor heyəti mövcuddur. Bu səbəbdən onların bağlanması daha çox özəl sektorun fəaliyyəti ilə bağlı məsələdir və açığı, bunun real mexanizmini görmək çətindir.

Hazırkı mərhələdə əsas prioritet universitetlərin sayının artırılması, ölkə vətəndaşları üçün ali təhsilin əlçatanlığının təmin edilməsidir. Bu məqsədlə yeni ali təhsil müəssisələrinin yaradılması daha aktual hesab olunur. Məhz buna görə də, hazırda hər hansı universitetin bağlanmasını və ya birləşdirilməsini real və mümkün hesab etmirəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri