Icma.az
close
up
RU
Oxumaq həmişə faydalıdırmı?

Oxumaq həmişə faydalıdırmı?

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir zamanlar “oxu, sadəcə oxu!” şüarı həyatımızın ən böyük çağırışı idi. Əlinə kitab alan, oxuyan hər kəs hörmətli, dəyərli hesab olunurdu. Amma bugün dünya dəyişib. Texnologiya imkan verib ki, kitab oxumadan da oxuyasan – dinləyəsən, izləyəsən, bir toxunuşla məlumat əldə edəsən".

Ölkə.az xəbər verir ki, bu sözləri təhsil texnoloqu, Hədəf Liseyinin qurucu direktoru Şəmil Sadiq deyib.

Onun sözlərinə görə, əvvəllər oxuyan az idi, yazılan isə daha çox dəyərli, ustad qələmlərin məhsulu olurdu:

"İndi isə hər kəs yaza bilir, hər kəs fikirlərini sata bilir. Bunun içində faydalı olan da var, zərərli olan da. Əksinə, “pis söz” daha tez yayılır, “pis fikir” daha çox oxunur. Ona görə də hər oxunan insanı ucalda bilmir.

Bəs indi oxumaq lazımdırmı? Əlbəttə, amma “çox oxumaq” uğur demək deyil. Ən vacibi – doğru informasiyanı seçə bilmək, faydalını mənasızdan ayırmaq, lazım olanı oxumaqdır.

Oxumaq da yemək kimidir – hər şey yeyilmədiyi kimi, hər şey də oxunmamalıdır. Bu gün oxuyan insanı görəndə ilk sualımız budur: “Nə oxuyur görəsən?” Əgər bu sual yaranırsa, deməli, oxumaq həm də təhlükədir. Bir var faydalı mühitdə oxuyasan, bir də var informasiyanın zibilliyində eşələnəsən.

Oxuyan insanı marafon qaçanla müqayisə etmək olar. Hamı oxuyur, amma hamı anlayıb uğur qazanmır. Bu gün oxumağın sirri – kütlənin arxasınca qaçmaq yox, seçərək oxumaqdır.

Çünki artıq deviz dəyişib: “Beşikdən qəbrə qədər oxu” deyil, lazımlı olanı oxu, dərk etdir.

Əslində, günümüzün tələbi oxumağı öyrənmək deyil, anlamağı öyrənməkdir. Çox oxuyan yox, yaxşı anlayan insan uğurun qapısını açır. Ona görə də, dostlar, özünüzü "oxumağın köləliyindən" azad edin. Daha çox düşünün, daha çox anlayın. O zaman görəcəksiniz ki, çox oxumaq deyil, doğru oxumaq bizi xoşbəxt və azad edir".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri