Icma.az
close
up
RU
Oxumaq baxmaqdan xeyirlidir...

Oxumaq baxmaqdan xeyirlidir...

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Etiraf edək ki, artıq hamımız internet əsiriyik. İstər kənd olsun, istər şəhər cibində smartfonu olmayan adam görəndə təəccüblənirik. İnternetə çıxışı olmayan, sosial şəbəkələrdə statuslar paylaşmayan adam artıq “geri qalmış” sayılır. Mobil telefon həyatımızın ayrılmaz parçasıdır, daha doğrusu, telefon hər şeylə yanaşı həm də telefondur.
Alış-verişlər telefonda, təbriklər telefonda, sifarişlər telefonda... Filmlər, seriallar, oyunlar telefonda... Telefon, internet bizi elə hala gətirib ki, artıq yazmaq, oxumaq belə ağır gəlir. Zəhmətlə hərfləri seçib yazmaqdansa, səsli mesaj göndərirsən, vəssalam. Uzaqbaşı statusları oxumağa səbrimiz çatır, o da uzaq başı bir, ya da iki cümlə.
İndi iri həcmli əsərlər, romanlar oxuyan adamlara az rast gəlinir. İnsanımız bir əsəri oxumaqdansa, o əsər əsasında çəkilmiş filmə və ya seriala baxmağı üstün tutur, çünki baxmaq oxumaqdan asandır. Bəli, zahirən belə görünür, amma həqiqətdə isbat olunmuşdur ki, insan üçün oxumaq baxmaqdan çox-çox faydalıdır.
Əvvəla onu deyək ki, insan bir şeyi oxuyanda istər-istəməz oxuduqlarını təsəvvüründə canlandırmağa çalışır. Yəni, oxuyan adamın təsəvvürü də, təxəyyülü də inkişaf edir. Ona görə də, bu yazımızda oxumağın insan üçün faydaları haqqında mütəxəssislərin irəli sürdüyü fikirləri işıqlandırmağa çalışacağıq.
Kitab oxumaq səbir və diqqət tələb edən bir fəaliyyətdir. Kitab oxumaq vərdişini qazandıqdan sonra bir problemə və ya bir mövzuya diqqət yetirməkdə daha müvəffəqiyyətli ola bilərsiniz. Oxuyan adam biliyini artırır, özünü təkmilləşdirir. Oxumaq stress səviyyəsini aşağı salmağa da imkan verir. Etiraf edək ki, bu gün insanlarımızın səhhətinə ən ağır təsir göstərən səbəblərdən biri də elə stresdir. Yəni, bu mənada oxumaq həm də sağlamlıqdır.
Sasseks Universitetinin apardığı bir araşdırma stresi azaldan ən təsirli yolun kitab oxumaq olduğunu göstərir. Araşdırmalara görə, kitab oxumaq beyin inkişafına da müsbət təsir göstərir. Belə ki, kitab oxuduğumuz zaman beyinin hər iki yarımkürəsi arasında əlaqə yaranır. Kitab oxumağın digər müsbət cəhəti isə odur ki, oradakı obrazlarla özümüzü müqayisə edir, yaxşını və pisi ayırmağa çalışırıq. Kitab oxumaq, həmçinin, nitqimizi gözəlləşdirir və digər insanlarla ünsiyyət baxımından çox böyük əhəmiyyət kəsb edir. Fərqli yazıçıların kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazmaq mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazmaq qabiliyyətimizin güclənməsini təmin edir.
Dərin bir yuxuya dalmaq üçün də ən ideal həll kitab oxumaqdan keçir. Kitab oxumaqla biz əslində, beynimizi də inkişaf etdirirk. Ən əsası da beynimizdəki reaksiyaların sürətlənməsinə səbəb oluruq.
Aparılan bir araşdırma kitab oxuyan insanların fərqli mədəniyyətlərə aid insanlarla daha yaxşı ünsiyyət qurduqlarını göstərir. Ohayo Dövlət Universitetinin apardığı bir araşdırma isə kitab oxumağın insanlarda fərqindəlik səviyyəsini yüksəltdiyini və beləcə, onların qarşılaşdıqları çətinliklərə daha yaxşı qalib gəldiklərini göstərir.
Kitab oxumaq uşaqlar üçün də bir tərbiyə olmalıdır. Çünki uşaqlara kiçik yaşlarından kitab oxumaq əqli bacarıqlarını təkmilləşdirir və onların əqli inkişaf prosesinə kömək edir. Əqli inkişaf isə uşaqlarda düşünmək və anlamaq bacarığının meydana gəlməsidir. Bu, həm də problem həll etməkdən və qərar qəbul etməkdən ibarət düşünmə prosesinin uşaqlıqdan formalaşmasıdır. Digər tərəfdən, bu, insanın öz dünyasını şüur, təfəkkür və yaddaş vasitəsilə görüb dərk etməsi ilə də bağlıdır. Övladlarınıza ucadan kitab oxuyanda onları ilk növbədə öz kiçik dünyalarına dair əsas biliklərlə təmin edirsiniz. Bu, onlara gördüklərini, eşitdiklərini və oxuduqlarını anlamağa kömək edir.
Əslində, bir çox pedaqoq və tədqiqatçının fikrinə görə, oxu sözlərin səslənməsindən çox söhbəti qüvvətləndirir və uşaqlara hekayə ilə öz həyatlarını qarşılaşdırmağa kömək edir. Azyaşlı övladınızın həyatına kitabların daxil edilməsi və onların müzakirə olunması ona (xüsusən də, kiçik yaşlarında) öz həyatını dərk etməyə kömək edir. Uşaqlara erkən yaşlarından kitabların oxunması onlara valideynləri ilə, valideynlərin isə övladları ilə ünsiyyət qurmasına real imkan yaradır. Bu, uşaqlara yeni sözlər vasitəsilə söz ehtiyatlarını artırmağa imkan verir. Kiminsə kitab oxumağını eşitmək isə onlarda dinləmək qabiliyyətini inkişaf etdirir və bu da onların uğurlu təhsili üçün çox vacibdir.
Tədqiqatlar göstərir ki, uşağın lüğətində nə qədər çox söz varsa, o qədər çox söz öyrənə bilir, məktəbə gedəndə onun dil bacarıqları daha güclü olur və sərbəst oxumağa daha hazırlıqlı olur. Övladınızın gündəlik rejiminə müntəzəm oxu saatlarının daxil edilməsi birgə vaxt keçirməklə yanaşı, diqqətin və intizamın artmasını da təmin edir. Azyaşlı uşaqlar nadir hallarda uzun müddət sakit otururlar və onların diqqətini toplamaq çox vaxt çətin olur. Lakin övladlarınıza müntəzəm kitab oxumağa başlasanız, onların davranışında dəyişikliyə şahid olacaqsınız. Azyaşlı uşaqlar oxu saatında əvvəlcə yerlərində durmaya bilərlər, fikirləri dağıla bilər, lakin sonunda kitab oxunan müddətdə sakit oturmağı öyrənəcəklər. Oxunu anlamaqla yanaşı, uşaqda güclü intizam, güclü diqqət, həmçinin, güclü yaddaş da formalaşır ki, bütün bunların məktəbə gedəndə uşağa çox köməyi olur.
Aparılmış elmi təcrübələr göstərir ki, uşaqlar böyük xəyallar qurmağı və təxəyyüllərini inkişaf etdirməyi daha çox bacarırlar. Övladınıza kitab oxumaq ona tanımadığı insanları, görmədiyi yerləri, yaşamadığı dövrləri (və ya hadisələri) təhlil etmək üçün öz təxəyyülündən istifadə etməyə kömək edir. Oxu yaradıcı fəaliyyət olaraq övladınıza müxtəlif yeni dünyaların qapılarını aça bilər. Təxəyyülünü genişləndirməklə övladınız daha böyük xəyallar qurur və daha yaradıcı davranır. Bu isə gələcəkdə ona məktəbdə, işdə və həyatda fayda verir.
“The Creativity Research” jurnalında nəşr edilən bir məqalədə kitab oxuyan insanların daha açıq fikirli olduqları və beləcə, daha çox insanla dostluq qurduqları qeyd edilir. Aparılan araşdırmalar kitab oxuyan insanların oxumayanlarla müqayisədə daha yaxşı dinləyici olduqlarını göstərir. Həmçinin, kitab oxuyan insanların cəmiyyətə faydası kitab oxumayanlarla müqayisədə 3 dəfə daha çoxdur. Bu da kitab oxumağın bizi daha yaxşı bir insan kimi yetişdirdiyinin digər dəlilidir.
Elmi mülahizələrə görə iri həcmli kitablar (məsələn, romanlar) oxumaq insanı yaddaşsızlıq xəstəliyindən qoruyur. Bu gün dünyada altsheymer, yəni, yaddaş itirilməsi xəstəliyinə getdikcə daha çox rast gəlinməkdədir. İsbat olunmuşdur ki, altsheymer xəstəliyindən uzaq olmağın ən səmərəli yolu oxumaq, xüsusilə də, əzbərləməkdir. Minlərlə hafiz, yəni, Qurani-Kərimi əzbər bilən insan üzərində araşdırma aparılmış və bir nəfərdə də olsun bu xəstəliyin izinə rast gəlinməmişdir.
Bəli, yuxarıda da dediyimiz kimi, oxumaq bir qədər zəhmətli görünə bilər, ancaq bu vərdişə yiyələnmək, həm də zəhmətə alışmaq deməkdir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Dekabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri