“Oynadığı oyunu bilirəm” ABŞ siyasətçisindən Trampa reaksiya AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin BMT-dəki (BMT) keçmiş daimi nümayəndəsi Nikki Heyli ABŞ-nin yeni prezidenti Donald Trampın ona kabinetində vəzifə verməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.
"AzPolitika" xəbər verir Ki, Heyli "SiriusXM" radio kanalına verdiyi açıqlamada "Mənim onun kabinetində olmaq fikrim yox idi. O, bunu bilirdi" deyib.
Trampın onu ictimaiyyət qarşısında alçaltmaq üçün əlindən gələni etdiyini ifadə edən Heyli daha sonra bildirib:"Oynadığı oyunu bilirəm. Bu oyunu oynamağa ehtiyacım yoxdur".
Qeyd edək k Tramp “Truth Social” sosial media hesabındakı paylaşımında Heyli və keçmiş dövlət katibi Mayk Pompeonu yeni administrasiyaya dəvət etməyəcəyini açıqlayıb.
Heyli isə sosial media hesabından etdiyi paylaşımda "Ona qarşıdakı dörd il ərzində bizi daha güclü və təhlükəsiz Amerikaya aparacaq missiyasında böyük uğurlar arzulayıram" yazıb.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















