Icma.az
close
up
RU
Öyrənməyi və öyrətməyi sevən MÜƏLLİM Təbrik

Öyrənməyi və öyrətməyi sevən MÜƏLLİM Təbrik

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İyun ayının 11-i AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) dünyaya göz açdığı gündür.

Hər ilin bu günü Nazim müəllimi doğum günü münasibətilə təbrik etmək istəmişik. Lakin hər il ənənəvi olaraq Nazim müəllim doğum günündə iş görüşmələrini kənarda edib və bizim (o cümlədən, digər əməkdaşların) onu canlı təbrik etmək şansımız olmayıb. Bilirəm, bu il də belə olacaq. Yenə də Nazim müəllim öz ənənəsinə sadiq olaraq doğum günündə işə gəlməyəcək...

Bu, bəlkə də, çoxlarına qəribə görünə bilər. Adətən insanlar (xüsusilə rəhbər işçilər) ad günlərində xoşlayırlar ki, kollektivin üzvləri onları təbrik etsinlər, xoş arzularını bildirsinlər. Çünki insan doğum günündə hər zamankından daha çox diqqət mərkəzində olmaq istəyir. Bundan təbii nə ola bilər?.. Lakin Nazim müəllimi tanıyanlar, onun mütəvaziliyindən xəbərdar olanlar bilirlər ki, rəhbər olduğu üçün istər adi, istərsə də özəl günlərdə ayrıca diqqət istəməyən biridir. Bu səbəbdən də doğum gününü hər kəsdən uzaqda mütəvazi şəkildə qeyd etməyə üstünlük verir.

Odur ki, biz, bu il Nazim müəllimi bir yazı ilə təbrik etmək qərarına gəldik. Bu yazıda Nazim müəllimin bir elm adamı və rəhbər kimi özəlliklərindən söz açacağıq. 

Nazim müəllim 2014-cü ildən İqtisadiyyat İnstitutuna rəhbərlik edir. O, İnstituta direktor təyin olunana qədər cəmiyyətdə bir alim və ictimai xadim kimi kifayət qədər tanınıb sevilirdi. Lakin bir rəhbər kimi necə olacağı bəlli deyildi. Çünki bir tədqiqat müəssisəsinə rəhbərliyin ayrıca özəllikləri var. Yaradıcı, elmi fəaliyyətlə məşğul olan insanların çalışdığı elmi-tədqiqat müəssisəsini idarə etmək şərəfli olmaqla yanaşı, həm də çətindir.

Nazim müəllimin İnstitutun kollektivinə təqdim olunduğu gün bir nüans yaddaşımızda iz qoyub. AMEA-ya o dövrdə rəhbərlik edən akademik Akif Əlizadə təqdimatdan sonra sözü Nazim müəllimə verdi. Nazim müəllimin çıxışının ilk cümləsi "Hər bir tədqiqatçı üçün aparıcı elmi-tədqiqat müəssisəsinə rəhbərlik etmək şərəflidir" oldu və bununla da, elmə, tədqiqata, AMEA-ya nə qədər böyük dəyər verdiyini diqqətə çatdırdı. Bu nüansı ona görə xüsusi vurğulayırıq ki, bir qədər əlaqələri olan insanlar AMEA-da əməkhaqqının azlığını bəhanə edərək imkan olan kimi başqa müəssisələrə üz tuturlar. Hamıya yaxşı məlumdur ki, elmdə qalanlar ya fanatiklərdir, ya da getməyə yeri olmayanlar... Əksəriyyətin imkan tapan kimi başqa sahələrə üz tutduğu vaxtda, bir elmi-tədqiqat müəssisəsinə halallıqla rəhbərlik etmək həqiqətən də insandan fanatiklik tələb edir.

Halallıqla rəhbərlik ifadəsini təsadüfi işlətmədik. Nazim müəllimi tanıyanlar onun öz təbirincə desək, "əli-ayağı düz" olduğunu gözəl bilirlər. Nazim müəllim təkcə özünə deyil, çalışdığı insanlara da bu prinsiplə yanaşır. Onunla çalışmaq istəyirsənsə, o zaman "əlin-ayağın düz olmalıdır". Bu meyar iş prosesində Nazim müəllimin "olmazsa, olmaz"larındandır.

Bir ziyalı olaraq bütün sahələrdə "əlin-ayağın düzlüyünün" tərəfdarıyıq. Lakin bunun elm sahəsində daha zəruri olduğunu düşünürük. Məşhur bir deyim var: "Bir millətin məhv olmasını istəyirsənsə, onun təhsilini və elmini əlindən al!" Bilirik ki, bütün sahələrdə olduğu kimi, elmə də müxtəlif yollarla "gələn" insanlar var. Onlar elmin, əsl elm adamlarının nüfuzuna xələl gətirirlər. Nazim müəllim İnstituta rəhbərlik etdiyi illərdə bu cür hallara qarşı mübarizə aparıb. Əsl elm adamlarının bu sahədə qalmaları, istedadlı gənclərin elmə gəlməsinə sidq ürəkdən çalışıb. Onun direktor olduğu illər gənclərin İqtisadiyyat İnstitutuna axını dövrü kimi yadda qalıb. İndi İnstitutun bir neçə şöbəsində gənclərin sayı üstünlük təşkil edir. Gələcəyin gənclərin əlində olduğunu hamımız yaxşı bilirik. Bu gün elmə gələn gənclər sabahın alimləridir. Onların istedadlarını üzə çıxartmaq üçün münbit şərait, imkanlar yaratmaq hər bir rəhbər işçinin əsas vəzifələrindəndir. Nazim müəllim bu işin də öhdəsindən uğurla gəlir. Onun gənclərə xüsusi rəğbətlə yanaşması bütün kollektivə yaxşı məlumdur.

Nazim müəllimin İqtisadiyyat İnstitutundakı fəaliyyətini qiymətləndirməkdən ötrü onun direktor olduqdan sonra qarşıya qoyduğu məqsədlərə hansı səviyyədə nail olmasına baxmalıyıq. Hamının xatirindədir ki, Nazim müəllim kollektivə rəhbərlik etdiyi ilk günlərdən İnstitutu "Azərbaycanda fundamental iqtisadi tədqiqatların REAL mərkəzinə, Azərbaycanda iqtisadi tədqiqatların ƏSAS əlaqələndiricisinə, Azərbaycan hökumətinin KOLLEGİAL ekspertinə və məsləhətçisinə çevrilməyi" hədəfləmişdi. Bu strateji hədəflərə nail olmaqdan ötrü bir sıra vəzifələrin icrası nəzərdə tutulmuşdu. İnstitutun 2014-2021-ci illər ərzində bu hədəflərə necə nail olduğuna nəzər salacağıq. Təbii ki, bu istiqamətdə görülən işlərin hamısını bir məqalədə işıqlandırmaq mümkün deyil, lakin önəmli saydığımız bəzi nüansları oxucuların diqqətinə çatdırmaq istəyirik.

İnstitutda son illərdə aparılan elmi-tədqiqatlar nəzəri və praktiki əhəmiyyətliliyi ilə diqqəti cəlb edir. Belə ki, son illərdə İnstitutda Nazim müəllim tərəfindən dünyada ilk dəfə olaraq dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarını ölçməyə imkan verən "İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi" adlı bir metodologiya hazırlanmışdır. Nazim müəllim bu metodologiyanı yaratmaqla, həm də öz elmi-iqtisadi məktəbini formalaşdırmışdır.

Bizdə "elmi məktəb" anlayışına yanaşma bir qədər fərqlidir. Tanınmış alimlər rəhbərlik etdikləri dissertasiya işlərinin müəlliflərini öz məktəblərinin davamçıları hesab edirlər. Fikrimizcə isə, "elmi məktəb" bir nəzəriyyə ətrafında eyni (və ya oxşar) fikirdə olan insanların cəmləşməsi və bu nəzəriyyəni inkişaf etdirməsidir. Bu baxımdan, Nazim  müəllimin yaratdığı metodologiyanı bir elmi-iqtisadi məktəb hesab etmək olar. Bu metodologiya müxtəlif tədqiqatçılar tərəfindən həm funksional, həm də sahəvi aspektdən inkişaf etdirilmişdir. Bu metodologiya əsasında İnstitutda həm elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu dissertasiyaları yazılaraq uğurla müdafiə olunmuşdur. Bu istiqamətdə tədqiqatlar, istər elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu dissertasiyalarının yazılması davam etdirilir.

Nazim müəllimin rəhbərliyi altında İnstitut son illərdə bir sıra mühüm işlərə imza atıb. Bunlara "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin ekspertizası, "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın yazılması, "Azərbaycanda Həyat Keyfiyyəti İndeksi" Metodologiyasının hazırlanması, "Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması", "Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi" layihələrinin icrası və s. daxildir.

Nazim müəllim bu illər ərzində İnstitutda bir sıra fundamental dəyişikliklərə nail olub. Bunlardan biri də, İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin tətbiq edilməsidir. Bununla bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Qərarı olmuşdur. Bu yeni mexanizm, dövlət qurumlarının sifarişi ilə həmin qurumlarla müqavilə əsasında İnstitut tərəfindən həyata keçirilən elmi ekspertiza və elmi tədqiqat işlərinin icrası üçün dövlət büdcəsindən müvafiq dövlət qurumlarına vəsaitin ayrılmasını nəzərdə tutur. Məlumdur ki, elm sferasında əməkhaqları aşağıdır. Bu da zaman-zaman müzakirə predmetinə çevrilir. Bəzən elmi tədqiqatların keyfiyyətinin aşağı olmasını mütəxəssislər elmin maliyyələşməsi ilə əlaqələndirirlər. Yeni mexanizmin tətbiqi elmi tədqiqatların keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsində də mühüm rol oynayacaq. 

Yazının sonunda bir qədər də Nazim  müəllimin şəxsi keyfiyyətlərindən danışmaq istəyirik. Nazim müəllim öyrənməyi və öyrətməyi sevən biridir. O, bildiklərini böyük həvəslə insanlara, xüsusilə də gənclərə öyrədir. Tədqiqatçı olaraq ondan çox şey (təkcə iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət, ədəbiyyat, tarix, incəsənət sahələrinə aid biliklər) öyrənirik.

O alim xoşbəxtdir ki, sağlığında elmi məktəbi yaranır. Hər bir müəllim xoşbəxtdir ki, istər bu dünyada, istərsə də o dünyada olduqda onu daim xoş duyğularla, sayğı ilə yada salan, xatırlayan davamçıları var. Bir insan üçün "müəllim" sayılmaq dünyanın ən gözəl duyğusudur.

Sizə  davamçılarınız olaraq səslənirik:

Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyun 2025 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see534

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see481

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see451

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see367

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see361

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see336

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see261

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see242

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see224

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see208

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see206

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see203

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see188

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see185

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri