Icma.az
close
up
RU
“Oyun başlayanda rəqib aqressiv idi” Qurban Qurbanov

“Oyun başlayanda rəqib aqressiv idi” Qurban Qurbanov

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 26-cı turunun “Araz-Naxçıvan”la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

– Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?

– Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil. 

– Yayda transfer çox olacaq? 

– Ola bilər. Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik. Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir.

– 3 klubun da gələcəyini nəzərə alsaq, növbəti mövsüm gərgin olacaq? Legioner limitinin ləğvinin təsiri necə ola bilər?

– Bilmirəm. Amma fərq olacaq. Hansı formada olacaq, deyə bilmərəm. Komandaların sayı artır. Fərqli-fərqli oyunlar çox olacaq. Ola bilər ki, çempionat daha da aktivləşləsin. 

– Yeni mövsümdə Premyer Liqada oyun sayı 36 yox, 33 olacaq. Bu, sırf “Qarabağ” üçün problemdir?

– Yox, inanmıram. Çünki oyun sayı heç də az deyil. Kubok matçları da olacaq. Əsas keyfiyyətdir. Eybi yox, oyun sayı az olsun, amma keyfiyyət yüksək olsun. Onda inkişaf da olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 08 Mart 2025 21:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri