Icma.az
close
up
RU
Oyunda işartılar, qol və istək Macarıstanla oyun Azərbaycan yığmasını “oyatdı”

Oyunda işartılar, qol və istək Macarıstanla oyun Azərbaycan yığmasını “oyatdı”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan millisi Macarıstanla yoldaşlıq görüşündə oyun baxımından müəyyən işartılar göstərdi. 1:2 hesablı məğlubiyyətə baxmayaraq, meydan sahibləri əvvəlki matçlarla müqayisədə pis təsir bağışlamadılar. Bəli, hələ də qələbə yoxdur və dünya çempionatının seçmə mərhələsində perspektivlər çox dumanlıdır. Amma komanda istək nümayiş etdirdi – bu isə son aylarda ən çox çatışmayan məqam idi.

İdman.biz xəbər verir ki, macarlarla görüş çox əhəmiyyətli idi.

İlk növbədə ona görə ki, rəqib ciddi “imtahançı” idi. Macar futbolunun zəngin ənənələri yaxşı məlumdur, və hazırkı nəsil də artıq öz səviyyəsini sübut edib. "Liverpul"da çıxış edən kapitan Dominik Soboslai buna nümunədir – Azərbaycanla oyunda qələbə qolunu da məhz o vurdu. Bu mənada güclü rəqiblə qarşılaşmaq komandamız üçün faydalı oldu, çünki belə oyunlarda ən xırda çatışmazlıqlar belə dərhal üzə çıxır. Elə ilk dəqiqələrdə məlum oldu ki, yığmanın müdafiədəki zəifliyi hələ də aradan qalxmayıb – artıq beşinci dəqiqədə Barnabaş Varqanın qolu ilə hesab 0:1 oldu.

Bununla belə, futbolçularımız tez bir zamanda hesabı bərabərləşdirməyə nail oldular və Rinat Dadaşov ardıcıl beş qolsuz oyundan sonra komandanın uğursuz seriyasına son qoydu. İlk hissədə hər iki tərəf bütün gücü ilə hücuma atılaraq uğuru məhz hücumda tapmağa çalışırdı. Bir müddət ərzində komandalar sanki qol vurmaq ehtirası ilə oynayırdılar və bu anlarda meydan sahibləri kifayət qədər yaxşı təsir bağışlayırdılar. Sözsüz ki, səhvlər də yoxa çıxmayıb, müdafiədə fasilələrlə problemlər yaşanırdı, lakin ümumilikdə oyun dinamik baxımdan maraqlı görünürdü.

Ancaq fasilədən sonra tamam başqa mənzərə müşahidə olundu. Fernando Santuşun yetirmələri oyuna yaradıcı yanaşmağa çalışsalar da, sanki bu cəsarətlərindən qorxmuş kimi idilər. Sanki əvvəlki, ehtiyatlı oyunlarına qayıtdılar və bu oyun tərzi ilə macarlar qarşısında nəticə əldə etmək mümkün deyildi. Bundan əlavə, belə oyun qonaqlara tam sərbəstlik verdi: onlar qapıya çoxlu zərbələr endirdilər və bir neçə real qol şansı qazandılar. Lakin hesab dəyişməz qaldı – 2:1 Macarıstanın xeyrinə. Son dəqiqələrdə meydan sahibləri bir neçə künc zərbəsi yerinə yetirdilər və məğlubiyyətdən qaçmağa çalışdılar, amma bu cəhdlər bir nəticə vermədi.

Oyun Azərbaycan millisində müəyyən irəliləyişin olduğunu göstərdi – xüsusilə ilk hissədə futbolçuların istəyi aydın görünürdü. Amma dünya çempionatının seçmə mərhələsində Fransa, Ukrayna və İslandiya kimi komandalarla qarşılaşmaq lazım gələcək. Bu səbəbdən Macarıstanla oyunda müşahidə edilən kiçik müsbət məqamlar həmin rəqiblər qarşısında yetərli olmaya bilər.

Zəki Feyzullayev

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 İyun 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri