Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

Azərbaycanın dünyada öz yeri, öz sözü var

Azərbaycanın dünyada öz yeri, öz sözü var

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Çingiz Şahbazi: “Dünyanın qloballaşma prosesində yeni dünya nizamına doğru siyasətin daha az itkilərə məruz qalması üçün, Azərbaycanın göstərdiyi qətiyyətə ehtiyac var”

Azərbaycanın xarici siyasəti mahiyyətcə çoxistiqamətli və çoxaspektlidir. Rəsmi Bakı bu özəlliyi davamlı olaraq saxlayır, inkişaf etdirir və geosiyasi dinamikadan asılı olaraq ona yeni məzmun çalarları verir. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş və nüfuzlu aktor kimi tanınmaqdadır. Bu gün dünyada Azərbaycanın bütün sahələrdə mövqeyi güclənir, dünya rəsmi Bakı ilə razılaşır, onun mövqeyini, sözünü qəbul edir. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılan xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.

Politoloq Çingiz Şahbazi “Xalq Cəbhəsi”nə deyib ki, qloballaşma prosesi göründüyü kimi dünyada istər siyasi, istərsə də iqtisadi baxımdan hökumətlərarası münasibətlərə öz təsirini göstərməkdə davam edir. Dövlətlər arasında münasibətlərə diqqət yetirsək görərik ki, bütün məsələlərdə ölkələrin maddi maraqları əsas məqsədlərdən biri kimi ən öndə yer alır və bu hal artıq özünü daha da sərt şəkildə göstərməkdədir. Doğrudur, postsovet məkanında yaşanan xalqlar üçün bu kimi hallar “meşə qanunları” kimi görünə bilər. Amma bütün bunlar, heç də xoş olmayan siyasi hadisələrdən, kənarda yaşamaq kimi şansımızın da olmadığını xüsusi olaraq qeyd etmək lazımdır.

Onun fikrincə, bu baxımdan qloballaşma prosesi və yeni dünya nizamı bizi məcbur edir ki, təəssüratlara qapanaraq davam etmək olmaz. Azərbaycan xüsusilə də daxili və xarici siyasətində ən güclü dövlət olaraq davam etmək zorundadır. Cənubi Qafqazın açarı Azərbaycandır və hazırda Cənubi Qafqazda Azərbaycanın iştirakı olmadan heç bir layihənin həyata keçirilməsi mümkün deyil. Azərbaycan, Yaxın Şərqlə bağlı barışcıl və dostluq münasibətlərinin tənzimlənməsi istiqamətində siyasət yürüdür. Həmçinin bu kimi əlaqələri Rusiya və Ukrayna arasında qardaş Türkiyə ilə birlikdə dəfələrlə sınaqdan keçirdi. Bu gün Azərbaycan hökuməti Çin Xalq Respublikası ilə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər həyata keçirir. İki ölkə arasında mühüm əhəmiyyət kəsb edən iqtisadi inkişaf baxımından əhəmiyyətli sazişlər imzalanıb və bu istiqamətdə yürüdülən siyasət artıq öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin Çinə səfəri ölkəmizin geosiyasi mövqe baxımından rolunun artması və möhkəmlənməsi, ikitərəfli münasibətlərin inkişafı və tranzit ölkə olaraq Azərbaycanın əhəmiyyətinin nə qədər vacib olduğunu göstərir. Səfər zamanı 20-dən artıq sənəd imzaladı və bu imzalanan sənədlər arasında xüsusi diqqət çəkən sənədlər yer alır. Bunlar hüquqi proseslərin sadələşdirilməsi və vətəndaşlarımız üçün digər vacib hesab edilən sənədlərdir ki, öz əksini tapıb: “Uzaq Şərq ölkələrindən Çin və Vyetnam başda olmaqla digər ölkələrlə də ticarət əlaqələri və qarşılıqlı olaraq vizasız gediş-gəlişi təmin etmək üçün artıq lazımi addımlar atılır. Azərbaycan dövləti həmçinin Orta Asiya dövlətləri ilə də əlaqələri genişləndirir və qarşılıqlı olaraq investisiya layihələri həyata keçirilir və hazırda ölkəmiz Orta Asiya ölkələri ilə əlaqələrin ən yüksək səviyyədə inkişaf mərhələsinə qədəm qoyub, desək yanılmarıq. Azərbaycan digər tərəfdən türk dünyasının əsas mərkəzi rolunu oynayır və TDT -də müxtəlif təşəbbüslərlə çıxış edir. Bir çox platformalarda Prezident İlham Əliyevin barişcıl missiyası, TDT-da birləşdirici missiya ilə yerini doldurur. Qonşularımızla , İran və Gürcüstanla münasibətlərimiz, yeni mərhələyə qədəm qoyur. Bu ölkələrin yeni seçilmiş prezidentləri ilə münasibətlərin yenidən ələ alınması istiqamətində görüşlər, səfərlər həyata keçirilir və əlaqələrin daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İran Prezidenti Məsud Pezişkianın Azərbaycana səfəri nəinki İran -Azərbaycan arasında gərgin münasibətlərin aradan qaldırılması istiqamətində mühüm addım hesab edilə bilər, həmçinin İranın mühafizəkar kəsimi üçün də Azərbaycan -İran münasibətlərinin nə qədər əhəmiyyət kəsb etdiyini göstərən və iki ölkə başçısının verdiyi mesaylarla da öz əksini tapmış oldu. Sözsüz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin barışdırıcı missiyası İran-israil və Türkiyə -İsrail arasında olan gərginliyin azaldılması istiqamətində də bu görüşlərdə öz əksini tapıb”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında iştirakı və bu tədbir çərçivəsində keçirdiyi müxtəlif dövlət və hökumət başçıları ilə mühüm görüşlər bir daha sübut etdi ki, Azərbaycan Prezidenti yürütdüyü siyasətlə doğru seçim edib və Azərbaycan haqlı mövqeyindən dönməməkdə nə qədər israr göstərməsilə hər kəsə, o cümlədən Azərbaycana qarşı çirkin iddialarda olan ölkə başçılarını da başa sala bildi ki, artıq Azərbaycan dəyişib, güclənib, o bir qalib dövlətdir və onunla layiq olduğu tərzdə danışmaq, münasibət qurmaq gərəkir. Cənab Prezidentin görüşdüyü liderlər arasında Fransa Prezidenti Emanuel Makaronun etdikləri səhvlərdən dolayı hərəkətlərində hiss olunan psixoloji durumu və Makaronun Azərbaycan Prezidenti cənab İlham Əliyevə qarşı sərgilədiyi xoş münasibəti, bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin duruşundakı qətiyyət, elə onun yürütdüyü siyasətdən qaynaqlanan amildir və bu siyasət Azərbaycana qalib ölkə adını qaytardı. Fransanın dostu və müttəfiqi Ermənistanın baş naziri Nikol Paşinyanın , Azərbaycan Prezidenti qarşısında göstərdiyi səmimiyyətə və diqqətə nəzər yetirsək və Azərbaycanın İctimai televiziyasına verdiyi müsahibədə, “Azərbaycanla müharibə olmayacaq” ifadəsini xüsusilə vurğulaması, deməyə əsas verir ki, bunların belə danışması heç də asanlıqla başa gələn işlər deyil. Məhz doğru siyasətin nəticəsidir ki, bu gün bu ölkələrin siyasi rəhbərləri Azərbaycan Prezidenti qarşısında məğlubiyyətlərindən dolayı quyruq bulayırlar. ABŞ və Avropa İttifaqı ilə əlaqələrin inkişafı, ölkəmiz açısından hər zaman olduğu kimi bu gün də beynəlxalq hüquq normalarına əsaslanır. Beynəlxalq siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycan bütün sahələrdə əməkdaşlıq münasibətlərini davam etdirir: “Bu gün Azərbaycan istər siyasi istərsə də iqtisadi, istər humanitar və sosial innovasiyalar, idman və digər sahələrdə beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edir və xüsusi olaraq qeyd etmək istəyirəm ki, ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər yüksək səviyyədə öz qiymətini alıb. Türkiyə ilə münasibətlərimiz, sözün əsl mənasında iki dövlət bir millət müstəvisində davam etməkdədir. Türkiyə ilə bağlanan Şuşa Bəyannaməsi və dünyada analoqu olmayan müttəfiqlik münasibətləri hər iki ölkənin istər siyasi, istərsə də iqtisadi, hərbi və digər sahələrdə inkişaf etdirilməsi istiqamətində atılan addımlar, hər iki ölkə açısından xalqlarımız üçün bu gün çox faydalıdır və inanıram ki, gələcəkdə də faydalı olacaqdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü barışdırıcı missiyaya söykənən siyasət, bu gün Suriyada , Qəzzada, Ukraynada, Pakistan və Hindistan arasında və dünyanın digər yerlərində baş verən münaqişələrin həlli istiqamətində nümunə kimi göstərilə bilər. Azərbaycan ərazi bütövlüyünü öz gücünə bərpa edən ölkədir. Bu gün dünyada yer-yerindən oynayan bir vaxtda, beynəlxalq hüquq normaları ayaqlar altına salındığı bir dövrdə, dünyanın qloballaşma prosesində yeni dünya nizamına doğru siyasətin daha az itkilərə məruz qalması üçün, Azərbaycanın göstərdiyi qətiyyətə ehtiyac var və Azərbaycan Prezidentinin sülhsevər və barışcıl missiyasını nümunə olaraq tətbiq etməyə ehtiyac var”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 May 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see223

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see163

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri