Icma.az
close
up
RU
Uşaqların öz dünyası var...

Uşaqların öz dünyası var...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Erkən yaşda məcburi dini seçim qadağan edilir

Milli Məclisdə müzakirəyə çıxarılmış “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi bu sahədə qanunvericilik bazasının müasir standartlara uyğunlaşdırılması baxımından mühüm mərhələ hesab oluna bilər. Layihədə ilk dəfə olaraq uşaqların vicdan və dini etiqad azadlığı ayrıca və aydın şəkildə təsbit edilir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin dünənki iclasında bildirildi ki, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır. Layihə 8 fəsil, 63 maddədən ibarətdir. Sənəddə təsbit olunan yeni müddəalardan biri hazırkı dövrdə cəmiyyət üçün xüsusilə həssas məsələni əhatə edir. Qanun layihəsində azyaşlının vicdan azadlığı ayrıca maddə ilə tənzimlənir və uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunduğu birmənalı şəkildə qeyd edilir.

Məlumdur ki, uşaqlar müəyyən qədər valideynlərinin onlar üçün müəyyənləşdirdiyi “yol xəritəsi” üzrə hərəkət edirlər. Bununla yanaşı, cəmiyyətimizdə hər bir uşağın ayrıca fərd və hər fərdin öz vicdan azadlığına malik olması danılmaz faktdır. Bəllidir ki, uşaq dünyaya hazır inancla gəlmir. Erkən yaşlarda edilən dini seçimlər isə əksər hallarda uşağın öz iradəsindən daha çox valideynlərin qərarının nəticəsi olur. Şübhəsiz ki, hər bir valideyn övladına müəyyən dini dəyərlər aşılaya bilər. Lakin bu proses müəyyən mərhələdən sonra məcburi xarakter alırsa, artıq uşağın vicdan azadlığının açıq şəkildə pozulması gündəmə gəlir. Dinin məcburiyyətlə deyil, nümunə və anlayışla ötürülməsi azyaşlının şəxsiyyətinin sağlam formalaşması üçün olduqca əhəmiyyətlidir. Qanunun məqsədi hər hansı bir fərdi məhdudlaşdırmaq deyil, uşağın yetkinlik yaşına çatana qədər dini etiqad məsələsində seçim etmək, eləcə də bunun etməmək hüququnun qorunmasını təmin etməkdir.

Məsələ ilə bağlı dünya təcrübəsinə nəzərə salmaqda fayda var. Uşaq Hüquqları Konvensiyası bu sahədə dünyada geniş şəkildə ratifikasiya olunmuş beynəlxalq müqavilədir və hazırda, demək olar ki, BMT-yə üzv bütün ölkələri əhatə edir. Azərbaycan da bu Konvensiyaya qoşularaq uşaqların fundamental hüquq və azadlıqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklər götürüb. Konvensiyanın 14-cü maddəsində uşaqların fikir, vicdan və dini etiqad azadlığı açıq şəkildə tanınır və bu hüquq uşağın şəxsiyyətinin formalaşmasının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir.

Beynəlxalq hüquq praktikasında, xüsusilə BMT-nin Uşaq Hüquqları Komitəsinin şərhlərində qeyd olunur ki, uşağın yaşı artdıqca onun dini və dünyagörüşü məsələlərində müstəqil qərarvermə imkanları da genişlənməlidir. Bu, “inkişaf edən imkanlar prinsipi” kimi tanınır və uşağın yetkinliyə doğru mərhələli şəkildə öz seçimlərini etməsini nəzərdə tutur. UNICEF-in Konvensiyanın “Uşaq dostu” versiyasında da uşaqların dini etiqad azadlığı onların öz fikir və inanclarını formalaşdırmaq, seçmək və ifadə etmək hüququ kimi təqdim olunur. Burada valideynlərin əsas funksiyası uşağı müəyyən dini etiqada məcbur etmək deyil, onun məlumatlı, sərbəst və təzyiqsiz şəkildə seçim edə bilməsi üçün dəstək göstərmək kimi izah edilir. Bu yanaşma uşağın fərdiliyinə hörmət prinsipini gücləndirməklə yanaşı, cəmiyyətdə dini tolerantlığın və plüralizmin formalaşmasına da töhfə verir.

Məsələ ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova XQ-yə bildirdi ki, “Uşaq hüquqları haqqında” yeni qanunda vicdan azadlığı ayrıca bir maddə ilə tənzimlənir. H.Hüseynovanın sözlərinə görə, mövcud qanun uşaq hüquq və azadlıqlarının qorunmasında yetərli deyil: “Hazırda qüvvədə olan qanunvericilikdə uşağın vicdan, fikir və söz azadlığı bir maddədə və cəmi bir neçə cümlə ilə təsbit edilib. Lakin bu müddəalar kifayət qədər sadədir və detallı hesab olunmur. Yeni təqdim olunan qanun layihəsində isə bu yanaşma köklü şəkildə dəyişdirilib. Yəni vicdan azadlığı ayrıca bir maddədə, fikir və söz azadlığı isə başqa bir maddədə təsbit olunur və hər bir azadlıq uşaqların dünyagörüşü baxımından xüsusi və ətraflı şəkildə tənzimlənir”.

Komitə sədri qeyd etdi ki, qanun layihəsində açıq şəkildə göstərilir ki, uşaqların dini etiqada məcbur edilməsi qadağandır: “Eyni zamanda qeyd olunur ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixoloji sağlamlığına zərər vurmamalıdır. Yalnız qanunvericilikdə nəzərdə tutulan xüsusi hallarda müəyyən məhdudiyyətlərin tətbiqinə yol verilə bilər. Bu məhdudiyyətlər isə uşağın sağlamlığının, mənəvi inkişafının və digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi daşımalıdır”.

Hicran Hüseynova qəzetimizə açıqlamasında qanun layihəsində yaş məsələsi ətrafında aparılan müzakirələrə də münasibət bildirdi. O qeyd etdi ki, layihənin müzakirəsindən sonra bəzi şəxslər qanunun hansı yaş həddinə şamil olunması ilə bağlı ona suallar ünvanlayıblar: “Həmin suallarda layihədə əksini tapan “uşaqların vicdan azadlığı” maddəsinin 16, yoxsa 18 yaşdan aşağı şəxslərə aid edilib-edilmədiyi maraq doğurub. H.Hüseynova vurğuladı ki, mövcud qanunvericiliyə əsasən, 18 yaşı tamam olmayan şəxslər uşaq hesab olunur və bu yaş həddindən aşağı bütün şəxslər qanun qarşısında azyaşlı sayılır. Bu səbəbdən də dini etiqadla bağlı müvafiq maddədə “uşaq” anlayışından istifadə edilir və ayrıca yaş həddi göstərilmir.

Milli Məclisin deputatı qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, uşağın digər əsas hüquq və azadlıqları ilə yanaşı, onun vicdan azadlığının təminatının da bu sənəddə aydın və hüquqi mexanizmlərlə müəyyən ediləcəyini vurğuladı. Hicran Hüseynova həmçinin gələcəkdə bu müddəaların həm İnzibati Xətalar Məcəlləsində, həm də digər normativ hüquqi aktlarda məsuliyyət mexanizmləri ilə daha da möhkəmləndiriləcəyini bildirib: “Bunlar perspektiv məsələlərdir. Hazırda isə biz yeni bir qanun layihəsindən danışırıq və bu layihə mövcud qanunvericiliklə müqayisədə daha ətraflı, uşağın mənafelərini əsas götürən və müasir prinsiplər üzərində qurulmuş bir sənəd kimi təqdim olunur”.

Komitə sədri sonda qanun layihəsinin komitə səviyyəsində artıq birinci oxunuşdan keçdiyini və müsbət rəy verildiyini bildirdi. Onun sözlərinə görə, qarşıdakı mərhələdə layihə Milli Məclisin plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Beləliklə, “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşağın vicdan və dini etiqad azadlığını ayrıca və sistemli şəkildə tənzimləməklə Azərbaycan qanunvericiliyinin bu sahədə beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addım kimi çıxış edir. Layihə uşağın fərdiliyini və inkişaf edən imkanlarını əsas götürməklə, valideyn məsuliyyəti ilə uşağın azad seçim hüququ arasında hüquqi balans yaratmağı hədəfləyir. Qanunun qəbul ediləcəyi təqdirdə uşaqların dini məsələlərdə məcburiyyətə məruz qalmasının qarşısının alınması, onların fiziki və psixoloji sağlamlığının qorunması, eyni zamanda, tolerant və plüralist cəmiyyət modelinin gücləndirilməsi üçün daha aydın və effektiv hüquqi çərçivə formalaşmış olacaq.

Tacir SADIQOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri