Öz kefiylə hərəkət edən sürücü sağ zolağı kəsdi VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yolun hərəkət hissəsində yerləşmə qaydasını pozan sürücü hərəkəti çətinləşdirib. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 26-da, Bakı-Sumqayıt yolunda baş verib.
Belə ki, 90-RZ-804 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağa dönəcəyini bilsə də, əvvəlcədən sağ zolaqda yerləşməyib. O, sol zolaqdan qəfil sağa dönərək düzünə gedən nəqliyyat axınının qarşısını kəsib. Daha sonra isə tormozlama zolağından istifadə edərək sağa dönən sürücülərin qarşısına keçərək onlara təhlükə yaradıb.
Qeyd edək ki, bu kəsişmədə hər gün onlarla sürücü qaydaları pozaraq təhlükə yaradırlar. Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları sözügedən yolda intizamsızlıq edən sürücülərə qarşı mübarizə tədbirləri həyata keçirəcəklər.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Noyabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















