Icma.az
close
up
RU
ÖZ QƏBRİNİ ÖZÜ QAZAN KARDİNAL

ÖZ QƏBRİNİ ÖZÜ QAZAN KARDİNAL

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nurəddin İSMAYIL

Ramiz Ənvəroviç bir zamanlar əli üstə əl, sözü üstə söz olmayan persona idi. Ən yüksək dövlət məqamına çatmışdı. Mühüm vəzifə təyinatlarından, parlamentin formalaşmasından tutmuş ölkənin daxili və xarici siyasətinə qədər məsələlərə yön verən, ictimai-siyasi proseslərə bu və ya digər formada təsir etmə imkanı, səlahiyyəti olan şəxs idi.

Dövlət başçısının etmadını, etibarını, inamını qazanmaq dərəcəsinə qədər irəli getmişdi və bu irəliləyiş onu Prezident Administrasiyasının şefi vəzifəsindən gedəndə yeni bir vəzifə ilə, AMEA-in prezidenti vəzifəsi ilə mükafatlandırılması ilə nəticələndi. Lakin sonrakı proseslər işin içində iş olduğunu ortaya qoydu. Adamın ağıla gəlməz planları varmış.

Siyasəti Azərbaycana düşmən kəsilən məlum ölkənin kəşfiyyat orqanları ilə gizlin əlaqəyə girib Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyin, bir sözlə, dövlət çevrilişinə cəhd etməyin bir adı var – VƏTƏN XAİNİ. Ancaq adam unutmuş ki, dövlət onun zamanında at oynatdığ dövlət olmadığı kimi, dövlət başçısı da onun sadəlövh olması barədə qənaətə gəldiyi dövlət başçısı deyil.

Zaman, qazanılan təcrübə öz işini görmüş və Ənvəroviçin hakimiyyətinə tələ qurmaq istədiyi dövlət başçısı Qarabağı otuz illik işğaldan azad edən və bu yolda dişli dövlətlərlərin qurduğu planlara sinə gərməyi bacaran bir dövlət adamı kimi özünü təsdiq etmişdir. Heç Ənvəroviç də həmin o zodlu, zəhimli, kəsdiyi başa zaval olmayan adam deyildi.

Onun bütün anti-milli hərəkətləri izlənilir və nəticə çıxarmaq üçün zaman və münbit şərait gözlənilirdi. Və o zaman Düşənbə səfərindən sonra yetişdi. Xam xəyallara düşən boz kardinalın xain planları aşkarlandı və həmən dindirilməyə cəlb edilərək dörd aylıq ev dustağına çevrildi. Məlum oldu ki, o, zaman-zaman və başına bir çətə yığaraq son döyüşə hazırlaşırmış. Lakin hər kəsin qırıldığı bir nöqtə var. Onun nöqtəsi son nəfəsində havalanıb hakimiyyət çevrilişi etmə qərarı verəndə qoyulub.

Dünənə qədər hər kəsdən hesab çəkən, günahsız insanlar haqqında soyuqqanlı, qəddar hökmlər çıxaran birisi bu gün hakim qarşısına çıxarılır. Kimlər dünənə qədər ona tərif deyib, yaltaqlanıb, qorxudan qarşısında baş əyib o, başqa bir məsələ.

Lakin bu millətin varını-yoxunu talayıb, milyardlara sahib olandan, ən yüksək vəzifələr tutandan sonra bu yaşda yenidən çevriliş yolu ilə hakimiyyətə qayıtmaq sevdasına düşmək, bu sevdanı reallaşdırmaq üçün qanlı dişini üstümüzə qıcıyan bir dövlətin xidmətindən yararlanmaq, nankorluq və xainlikdir ki, onun bədəli ödənilməlidir. Onun boynuna mükafatlandılıdığı ən yüksək dərəcəli orden, medal deyil, lənət zənciri salınmalı və bu, özü kimilərə dərs olmalıdır.

Öz qəbrini özü qazan kardinal

Gicəllənib orden, medal, təltifdən,

Doxsan yaşda yolun azan kardinal.

Harınlayıb müftə gələn sərvətdən,

Öz qəbrini özü qazan kardinal.

Rus şefindən alıb gizli təlimat,

Ötürürdü hər gün məxfi məlumat,

Varmı belə anti-milli diplomat?

Dövlətindən “donos” yazan kardinal.

Dönük çıxdı, döndü üzü millətdən,

Əl çəkmədi milli ruha nifrətdən,

Fitnə yaydı, xalqı saldı halətdən,

Millətimin səfin pozan kardinal.

Rüşvət onun oldu doğma peşəsi,

Pul artdıqca artdı kefi, nəşəsi,

Nə biləydi bir gün taxtdan düşəsi,

Bir yuxuydu, gəlsin yozan, kardinal.

Çaylar axdı, lilli sular duruldu,

Kəşfiyyatın işi dəqiq quruldu,

Qızıl alman yarı yolda buruldu,

Bəd niyyəti altdan sızan kardinal.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri