Icma.az
close
up
RU
ÖZ QƏBRİNİ QAZAN MOLLA REJİMİ

ÖZ QƏBRİNİ QAZAN MOLLA REJİMİ

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Nurəddin İSMAYIL

Qonşu dövlətlərin ərazisinə raket zərbələri endirən İran, həmin qonşu dövlətlər tərəfindən cavab reaksiyası olaraq onun ərazilərinə endirilən raket zərbələrindən ciddi narahat olmağa başlayıb.

İsrailin, ABŞ-nin dağıdıcı zərbələri qarşısında aciz qalan molla rejimi, düşdüyü ağır vəziyyətdən çıxış yolunu yalnız əhatəsində olan dövlətlərə ballistik raketlər, dron zərbələri endirməkdə görür. Özü də təkcə ərazilərindən ona zərbələr endirməyə məcbur olan körfəz dövlətlərinə deyil, ilk gündən İranda siyasi sabitliyin qorunmasında, qanlı müharibənin dayandırılmasında maraqlı olan, müharibənin genişlənməsinin qarşısını almaq üçün vasitəçilik missiyasını təklif edən Türkiyə və Azərbaycan kimi tarixi bağlılığı olan qonşu dövlətlərə də saldırmaqdan geri durmur. Siyasət ağıl, fərasət, uzaqgörənlik və ən başlıcası dövlətin təhlükəsizliyini təmin etmək missiyasını özündə ehtiva edən mühüm fəaliyyət sahəsidir. Düşünüb danışmaqla, danışıb düşünmək arasındakı fərqi anlamayacaq qədər əbləh olmalısan ki, illər boyu “İsrailə ölüm”, “Amerikaya ölüm” şüarlarını şəriət dövlətinin baş şüarına çevirməklə zəngin mədəniyyətə, yeraltı, yerüstü sərvətə sahib olan bir dövləti düşmən elan etdiyin dövlətlərin canlı hədəfinə çevirəsən. Aslan aslanlığı ilə yırtıcı kaftar sürüsünün dəstə ilə ona tərəf gəldiyini hiss etdikdə, ölüm təhlükəsindən yayınmaq üçün əldə etdiyi ovu buraxıb, canını xilas etmək haqda instinkt qərarını verir. Haqsızlığa, zülmə qarşı dirəniş məktəbi olan Kərbəla hadisəsini məzhəb çərçivəsinə salan, riyakarcasına ”Ya Əbəlfəz, ya Mehdi, ya Hüseyn” deyib ləbbeyk gedən, dedikcə, başına, gözünə döyməkdən ekstaza gələn molla rejimi və onun yaman günə qoyduğu qaragüruh çoxluq canlı aləmdə baş verənlərdən dərsini almadı, yaxınlaşan böyük təhlükənin fərqində olmadı.

İran, onillərlə bəslədiyi proksi qüvvələrinin məhv edildiyi, öz genererallarının, vacib dövlət personalarının nöqtə atışı ilə öldürüldüyü, hərbi obyektlərinin, nüvə arsenalının hədəfə çevrildiyi 12 günlük müharibədən nəticə çıxarmaq əvəzinə, məzhəb bataqlığında boğulan gerizəkalı mollaların diliylə, dünyanın çox ehtiyatla davrandığı İsrail-ABŞ cütlüyünə yenidən meydan oxumağa başladı. Xurafatı, mövhumatı, dini fanatizmi xalqın iliyinə yeridən, hürr yaşamağa haqq edən doxsan milyonluq bir toplumu məzhəb şüarları ilə zəhərləyən, onu sivil dünyadan təcrid edən bir rejim, işğalçı elan etdiyi, dayanmadan ölüm hökmü oxuduğu İsrail və ABŞ-dən də betər öz xalqının düşməni sayılmalıdır. Təkcə 12 günlük müharibədə on midən çox insanın SEPAH, onun digər qanadı Bəsic tərəfindən qətlə yetirildiyi, on minlərlə insanın zindanlarda işgəncəyə məruz qaldığı heç kəsdə şübhə doğurmur. Bir ixtiyar türk qadınının göz yaşları içində Əli Xameneiyə üz tutaraq “rəhbər, sən necə zalım oldun ki, öz millətini qırdırdın. Heç İsrail də sənin qədər zalımlıq etmədi” deyə, fəryad qopadığı yaddaşlardan silinməyib. Sonradan o yaşlı qadına doğmaları ilə elə bir hədə qorxu gəldilər, işgəncəyə əl atdılar ki, dediklərini həyəcan dolu ifadələrlə geri götürmək zorunda qaldı.

Yaxın və uzaq tarix, müharibələrin, işğalların, gələn xarici təhlükənin adətən bir milləti yumruq halında birləşdirib, yadelli gücləri dəf etdiyinin çox şahidi olub. Gör, İran xalqı öz molla rejimindən nə zülmlər yaşayıb, nə işgəncələr, amansız təqiblər görüb ki, ölkəsini alt-üst edən qüvvələrə, küçələrdə toy-bayram etməklə həmrəylik bildirir.

Hakimiyyət hərisliyi, gedəcəyi halda, etdiyi zülmlərin bədəlini ödəmək qorxusu molla rejimini dədə Xameneini bala Xamenei ilə əvəzləmək zorunda qoyub. Müctəba həzrətləri də gələn kimi atasının yolunu davam etdirməyi bəyan edib və bir az da irəli gedərək, Amerikadan təzminat tələb etməyə başlayıb. Başını qaldıranın başından vurulduğu bir şəraitdə, klerikal hakimiyyətin başına gətirilən Müctəba Xameneinin növbəti nişangaha çevrilməsi qaçılmazdır və onun yaralı canının, terrorçu qüvvə kimi elan edilən və dövlət içində dövlət olan SEPAH-ı xilas etmək gücündə olmadığını açıq aşkar göstərir.

İran fars molla rejimi özü öz qəbrini qazıb və onu monarxist şah rejiminin acı taleyi gözləyir. Rejim dəyişikliyinə gedilməsə, cəhalətdən ayılıb, dünya düzəninə uyğunlaşmasa, dirsək göstərdiyi dövlətlərin qoyduğu ən ağır şərtlərlə razılaşmasa, ərazisində yaşayan xalqların özgürlük haqlarını qoruyan dövlətə çevrilməsə, ümməti parçalayan məzhəbçi zehniyyətdən əl çəkməsə, İran adlı məmləkətdə heç vaxt dinclik, əmin-amanlıq olmayacaq.

İranın indiki halının ən düzgün formulunu dörd yüz il öncə ustad M.Füzuli şeir dili ilə vermişdir: “Göstərən saətdə dövrani fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Mart 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri