Icma.az
close
up
RU
“Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib

“Öz qəbrini qazan” kitabının təqdimatı keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 fevral, Nailə Həsənova, foto Tofiq Babayev, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist Kəmalə Mirzəyevanın “Öz qəbrini qazan" kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın “Ön söz”ünün müəllifi Xalq yazıçısı Çingiz Abdullayev repressiya qurbanları ilə bağlı yazılan bu nəşrin dəyərini qeyd edib. Bildirib ki, repressiya illərində baş verən hadisələr, yaşayanlar araşdırılmalı və onların doğru təbliği aparılmalıdır. Ədəbiyyatda bu mövzuya müraciət olunması indiki dövrdə belə yerində və məqamındadır.

Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, tədbirin aparıcısı Əsəd Cahangir bildirib ki, müəllif sayca 2-ci olan bu kitabında hadisələri qısa və lakonik şəkildə ifadə edib: “Müəllifin təhkiyəsi bəzi hallarda səbəbdən nəticəyə gedir ki, bu da oxucunu diqqətlə oxumağa məcbur edir".

O bildirib ki, bəzi hallarda insan obrazı vasitəsilə başqa sivilizasiyanın nümayəndələri kimi heyvanlar aləminə müraciət olunması da diqqətəlayiqdir.

Kəmalə Mirzəyevanın müəllimi, Əməkdar jurnalist Telli Pənahqızı qeyd edib ki, müəllif kitabda dünya insanını narahat edən məsələlərə toxunub.

Yazıçı Hüseynbala Mirələmov deyib: “Azərbaycan ədəbiyyatında çox hörmətli qadın yazıçılar olub. İnsan gedir, ancaq söz qalır. İnanıram ki, Kəmalə xanım Azərbaycan ədəbiyyatı tarixində olan o yazıçılar kimi adını yazdıracaq".

Yazıçı-publisist, Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist və kitabın rəyçisi Bəxtiyar Qaraca Azərbaycan Televiziyasında repressiya qurbanları ilə bağlı silsilə verilişlər hazırlayan K.Mirzəyevanın valideynlərinin pedaqoq olduğunu və bu mühitin onun formalaşmasında böyük rol oynadığını vurğulayıb.

Tanınmış idman xadimləri Xəzər İsayev, Hicran Şərifov, İsmayıl İsmayılov müəllifə uğurlar arzulayıb, onun yeni düşüncələrə gedən yolun adamı olduğunu qeyd edib, kitablarının sanbalından söhbət açıblar.

Şair Davud Nəsibin oğlu Xəyyam Nəsibli və digər çıxış edənlər K.Mirzəyevanın valideynlərinə, müəllimlərinə təşəkkür edib. Kəmalə xanımın hərtərəfli jurnalist, publisist kimi yetişməsində onların rolunun önəmini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Fevral 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri