Icma.az
close
up
RU
Ozan aşıq sənətinin sinədəftəri, bilicisi

Ozan aşıq sənətinin sinədəftəri, bilicisi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

79 il şərəfli ömür sürmüş və Azərbaycan folklorunun yorulmaz tədqiqatçısı olmuş filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli bu il martın 21-də haqq dünyasına qovuşub. Son 25 ildə AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsində çalışmış qələm dostumuz artıq xatirələr aləmində urvatlı yerini tutur.

Tarixən alimlərə və yaradıcı insanlara böyük ehtiram olub. “Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edir, – deyiblər. Onlardan biri də Elxan Məmmədli idi. Məhz belə alimlərin çalışmaları sayəsində elm daha da dərinləşir, zəkalara işıq saçır. Elxan Məmmədli zamanın ruhunu duyması, folklorumuzla bağlı ciddi araşdırmalar aparması, əhatəsindəki insanlarla xoş ünsiyyət yaratması sayəsində kamil bir ziyalı kimi tanınmışdı. O, zəngin aşıq sənətimizin mühüm nümunələrini toplayaraq, kitab şəkilində, qəzet səhifələrində, internet saytlarında dərc etdirib və bu sənətin televiziya ekranlarında təbliğatını həyata keçirib. Düz 40 il Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı olub. Məhz ekran vasitəsilə Elxan Məmmədli neçə-neçə saz-söz ustadını xalqımıza tanıtdırıb.

Araşdırma işinin nə dərəcədə ağır olması bir tədqiqatçı kimi mənə də bəllidir. Bu sahədə çoxillik təcrübəsi olan Elxan Məmmədli müxtəlif dillərdə yazılmış ədəbiyyat nümunələrini oxuyaraq, zərgər dəqiqliyi ilə təhlil edib, bir neçə ölkədə yerləşən arxivlərdə mühüm sənədləri əldə etmək üçün xeyli çabalar göstərib, vaxtına qızırqalanmayıb, unudulmuş aşıq sənəti ustadlarını tanıtdırıb, onların şeir nümunələrini antologiya şəkilində çap etdirib və bütün bunları həyatda əsas missiyası sayıb. Ozan sənətinin, onun müxtəlif regional məktəblərə məxsus nümayəndələrinin bioqrafiyasının, yaradıcılıqlarının tədqiqində Elxan Məmmədlinin xüsusi xidmətləri vardır.

O, 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2 monoqrafiya (“Təcnis sənətkarlığı” və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti”), 10-dan çox toplama-tərtib kitabını əsəyə gətirib, 30-dan çox kitabın redaktoru, rəyçisi olub. Bu xidmətlərinə görə 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.

Elxan Məmmədliyə xas olan keyfiyyətlər hansılar idi? Yaradıcı adam kimi duyğulu, alim kimi dərin zəkalı, araşdırmaçı kimi iradəli olması! Bu keyfiyyətlər onun mənliyinin mahiyyətini təşkil edirdi. Olduqca sadə, mədəni, vacib diskussiyalarda son dərəcə ciddi bir alim idi. O, daim öz biliklərini aşıq sənətində yetişən gənc mütəxəssislərə həvəslə aşılamağa çalışırdı.

Elxan Məmmədlinin təcrübəli pedaqoq, peşəkar tədqiqatçı kimi yetişməsində nəsil şəcərəsi böyük rol oynayıb. Genetik ziyalı kodu onun sabitqədəm xasiyyətinin, şəxsiyyətinin formalaşmasına güclü təsir göstərib. Onun nəslinin bir çox nümayəndələri öz şəxsi mənafelərini unudub, başqalarının qeydinə qalmaları, öz maraqlarını isə, bütövlükdə, cəmiyyətin mənafeyinə tabe etmələri ilə tanınıblar. Bu, bir çoxlarına agahdır. Elxan Məmmədli istər məişətdə, istərsə də öz iş yerində olanda ətrafda olan insanların problemlərinə biganə qala bilmirdi. Özünü oda-közə vurur və çətin alınan işləri yoluna qoyandan sonra rahat nəfəs alırdı. Məhz bu kübar xasiyyətinə görə həmkarları onu humanist insan kimi dəyərləndirirdilər.

Gələcək – insan üçün bir müəmmadır, ona görə də insan, əsasən, keçmişdə qazandığı biliklərə söykənir. Keçmişdən ibrət götürməyən gələcəyə gedən yolu tapa bilməz. Elxan Məmmədli daim bu həqiqətə sadiq qalır, eyni zamanda, bilgilərini artırmaqdan usanmırdı. Onun tədqiq etdiyi yaradıcı sahə daha çox ürək və hisslərə bağlı olsa da, bir müəllif kimi, təfəkkür və zəka meyarlarını arxa plana keçirmir, aşıq ədəbiyyatı haqqında düşüncələrini dünya dərki prizmasından təqdim etməyə çalışırdı. Təsadüfi deyil ki, o, həm yaradıcı ziyalı, həm də zəhmətkeş alim imici qazanmışdı. Əhatəsində olanlar ondan öyrənir, məsləhət alır, onunla hesablaşırdılar.

Elxan Hüseynqulu oğlu Məmmədli Yeni ilin ilk günü – 1 yanvar 1946-cı ildə Borçalı mahalının Faxralı kəndində anadan olub və Şərq aləmində Novruz adı ilə tanınan müsəlman Yeni ilinin ilk günündə – 21 mart 2025-ci ildə dünyasını dəyişib. Yəqin ki, bunun da bir rəmzi mənası var. Axı, o, daim yeniliyə, müjdəyə, işığa can atan bir şəxsiyyət idi.

Görkəmli folklorşünasın ömür tarixçəsinə nəzər salaq: 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra Pedaqoji Elmlər İnstitutunda elmi işçi (1976–1979) vəzifəsinə və sonra müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə işə qəbul olunub. 1994-cü ilə kimi orada kiçik elmi işçi, ardınca isə Folklor Elmi-Mədəni Mərkəzində böyük elmi işçi kimi əmək fəaliyyətini davam etdirib.

İstər oxuduğu orta məktəbdə və ali təhsil ocağında, istərsə də çalışdığı elmi müəssisədə onu başqalarından fərqləndirən əsas keyfiyyəti elə hey oxuyub öyrənməsi olub. Heç vaxt bildikləri ilə kifayətlənməyib. Zəkası, zehin aydınlığı, hafizəsi, təmkini, vüqarı ilə seçilib həmişə. Saatlarının, günlərinin çox qismini kitabxanalarda yeni-yeni mənbələr axtarışına həsr edib və tapıb da. Onun təxəyyülü o qədər geniş, fantaziyası o qədər güclü idi ki, araşdırdığı, təhlil etdiyi kitab müəlliflərinin cürət edib açıq demədikləri fikirlərini də həmən oxumağı bacarırdı. Bir sözlə, istirahət bilmədən elmi-nəzəri axtarışlarının əsirinə çevrilmişdi.

Elxan Məmmədlinin bir pedaqoq kimi həyat amalı tələbələrə dərin əsaslı bilik verməkdən ibarət idi. İnsan psixologiyasına yaxından bələd olan fəlsəfə doktoru öncə hissi kateqoriyalardan başlayıb, sonra maddi varlıqların əsaslarını öyrətməklə dərslərinə yekun vurardı. Mənəvi yetkinliyi, daxildən gələn böyüklüyü, halallığı, saleh əməlləri, alicənab davranışı onu qısa bir müddət ərzində müdrikləşdirmiş və Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi-Mədəni Mərkəzində fəaliyyət göstərən bütün əməkdaşların gözündə ağsaqqallıq zirvəsinə qaldırmışdı.

Onun dostları və yetirmələri – tələbələri, aspirantlar, alimlər xatirəsini yalnız xoş sözlərlə yad edirlər. Elə haqqında yazılmış “Elxan Məmmədli – 60” və 70 illiyi münasibətilə çap olunmuş “Elxan ömrü – saz ömrü” kitablarında da nurlu insanın bu məziyyətlərinə xeyli yer ayrılıb.

Ramiz DƏNİZ,
yazıçı-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri