Özbəkistan hərbi qulluqçuları Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər
Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Operativ Media" xəbər verir ki, Azərbaycanın Özbəkistandakı hərbi attaşelik aparatının təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərkəzdəki büstü ziyarət olunub, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.
Sonra zabitlərə Özbəkistanda doğulan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurov haqqında yazılmış kitab təqdim olunub.
Tədbir çərçivəsində qonaqlar mərkəzdə yerləşən Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik tarixi Muzeyi və Azərbaycan-Özbəkistan Dostluq Muzeyi ilə tanış olublar.
Mərkəzlə tanışlıqdan sonra qonaqlara Azərbaycanla Özbəkistan arasındakı irsi, mədəni, iqtisadi əlaqələrdən və 44 günlük Vətən müharibəsindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.
Sonda milli rəqslərimizdən ibarət konsert proqramı təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Dekabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















