Özbəkistan və Oman arasında siyasi məsləhətləşmələr keçirilib
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Özbəkistan Respublikası və Oman Sultanlığı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi Maskatda baş tutub.
Məlumatı “Anadolu” verib.
Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətlərinə Özbəkistan Respublikası xarici işlər nazirinin birinci müavini Bəhromjon Aloyev və Oman Sultanlığının xarici işlər nazirinin müavini Xəlifə əl-Harisi rəhbərlik ediblər.
Danışıqlar zamanı iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi, investisiya, mədəni və humanitar əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər həmçinin aktual beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 İyul 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















