Icma.az
close
up
RU
ADDA nümayəndə heyəti Piri Reis Universitetində olub FOTOLAR

ADDA nümayəndə heyəti Piri Reis Universitetində olub FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Türkiyə Respublikasında həyata keçirilən işgüzar səfər çərçivəsində 18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyəti Piri Reis Üniversitesində (PRU) olub.
Demokrat.az xəbər verir ki, ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayevin rəhbərlik etdiyi nümayəndə heyətini PRU rektoru Nafiz Arıca və universitetin rəhbər heyəti ilə geniş tərkibli görüşü keçirilib.
Nafiz Arıca hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirib. O qeyd edib ki, universitetlərin potensiallarının birləşdirilməsi nəticəsində daha güclü akademik göstəricilərin əldə olunacağına, mövcud əməkdaşlığın konkret və dayanıqlı nəticələr verəcəyinə dair böyük ümidlər bəsləyir. PRU rektoru əsas məqsədin yalnız Memorandum imzalanması deyil, dayanıqlı və praktik əməkdaşlıq mexanizmlərinin qurulmasının önəmini vurğulayıb.
Görüşdə Nafiz Arıca universitetin yaranma tarixi, inkişaf mərhələləri və müasir təhsil modeli barədə geniş təqdimatla çıxış edib. O, universitetin “işə yönəlik təhsil” fəlsəfəsi əsasında fəaliyyət göstərdiyini, xüsusilə “iş yerində peşəkar təlim” modelinin tətbiqinə başlanıldığını vurğulayıb, 51 maddəlik süni intellekt strategiyasının hazırlanması və bunun təhsil-sənaye inteqrasiyasına verəcəyi töhfələrdən danışıb.
ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev akademiyanın tarixi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılması, Xəzər hövzəsi ölkələri üçün dənizçi kadrların hazırlanmasındakı rolu və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. O, Piri Reis Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları, ortaq elmi-tədqiqat layihələri, magistrant və doktorantlar üçün birgə elmi rəhbərlik imkanları və rəqəmsal təhsil həllərinin prioritet istiqamətlər olduğunu vurğulayıb.
Görüş zamanı Piri Reis Universiteti barədə geniş təqdimat nümayiş etdirilib. Bildirilib ki, universitet Türkiyədə ən yüksək tədqiqat büdcəsinə malik ali təhsil müəssisələrindən biridir. Eyni zamanda, elmi istinad göstəricilərinə görə ölkə üzrə ikinci, beynəlmiləlləşmə göstəricisinə görə isə dördüncü yerdə qərarlaşıb. N.Arıca WoS indeksli nəşrlərin sayının son bir ildə 126-dan 193-ə yüksəldiyini də diqqətə çatdırıb.
Universitetin prorektorları Prof. Dr.H.Funda Yercan və Prof.Dr.M.Ziya Söğüt çıxış edərək Xəzər regionunda enerji, dənizçilik və birgə elmi tədqiqatlar və nəşrlər sahəsində əməkdaşlıq imkanlarını vurğulayıb, həmçinin davamlılıq üzrə rüblük bülletenlərin hazırlanması və bu istiqamətdə ortaq fəaliyyətlərin həyata keçirilməsinin mümkünlüyünü bildiriblər.
Daha sonra hər iki universitetə dair videoçarxlar nümayiş olunub.
PRU rəhbərliyi ADDA nümayəndə heyətini universitetin Dənizçilik Muzeyi, amfiteatrı, 756 nəfərlik konfrans zalı, müasir simulyator otaqları, kitabxanası və təlim hovuzu ilə tanış edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri