Icma.az
close
up
RU
Özbəkistan nümayəndə heyəti ilə tədbir keçirildi FOTOLAR

Özbəkistan nümayəndə heyəti ilə tədbir keçirildi FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir.

"Unikal" xəbər  verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb. Sədr Fuad Muradov çıxışında iki qardaş ölkə və xalq arasındakı tarixi bağlardan danışıb, dövlət başçıları İlham Əliyevin və Şavkat Mirziyoyevin dostluq münasibətlərini xatırladıb. Komitə sədri həmvətənlərimizin Özbəkistanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini, ölkədəki multikultural dəyərlərin gücləndirilməsinə töhfə verdiklərini vurğulayıb. Özbəkistanda yaşayan soydaşlarımızın daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu, onlara hər zaman xüsusi qayğı ilə yanaşdığını, həmçinin ictimai-siyasi, mədəni və diaspor fəaliyyətlərinə hərtərəfli dəstək göstərdiyini bildirib.

Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdəki Həmvətənlərin Məsələləri üzrə Komitəsinin sədri Kaxraman Sariev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyib. Sədr xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində ictimai diplomatiyanın və diaspor təşkilatlarının rolunu xüsusi qeyd edib.

Millət vəkili Cavanşir Paşazadə öz çıxışında diqqəti ortaq tarix, mədəniyyət və qardaşlıq bağlarına çəkib.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu, bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslandığını dilə gətirib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əzizağa Ələkbərov, araşdırmaçı-jurnalist, türkoloq Aida Eyvazlı Göytürk və digər natiqlər çıxışlarında səfərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Türk dünyası ilə birgə fəaliyyətə həsr edilən videoçarx nümayiş olunub.

Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri planlaşdırılır.

“Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistan nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə gələn qonaqlar Fəxri Xiyabanda görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən, Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını və Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrilən Zəfər parkını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsində keçirilən “Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrinin inkişafında ictimai diplomatiyanın rolu” mövzusunda tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndiriliməsi ilə başlayıb…


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri