Özbəkistan və Belarus enerji sektorunda kadr hazırlayır
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Özbəkistan və Belarus enerji sektorunda kadr hazırlığı həyata keçirəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məqsədlə “Üzenerqoinspektsiya” Energetika İşçiləri Milli Assosiasiyasının rəsmiləri ilə Belarus Respublika Peşə Təhsili İnstitutunun nümayəndələri arasında görüş keçirilib.
İclasda yeni enerji obyektlərinin tikintisi və modernləşdirilməsi üçün kadrların hazırlanması məsələsinə xüsusi diqqət yetirilib.
Kadr hazırlığı sahəsində qabaqcıl beynəlxalq təcrübənin Özbəkistanda tətbiqi, peşə hazırlığı proqramlarının və təlimlərinin təşkili, ixtisaslı mütəxəssislər üçün ixtisasartırma və yenidənhazırlanma kurslarının genişləndirilməsi sahəsində əməkdaşlıq barədə razılıq əldə olunub.
Danışıqlar zamanı enerji sektorunda ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və sektorun yüksək ixtisaslı kadrlarla təmin edilməsinə yönəlmiş müasir təhsil proqramlarının tətbiqi məsələləri də müzakirə olunub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Belarus və Özbəkistan iqtisadi əməkdaşlıq üçün yeni yol xəritəsi hazırlayır
02 İyul 2025 22:02
Özbəkistan və Belarus birgə xarici ticarət şirkəti yaradacaq
04 Sentyabr 2025 20:54
Belarus sürücülər üçün “sürpriz” hazırlayır...
05 Noyabr 2025 21:47
Özbəkistan Pakistanla onlayn ticarət platforması hazırlayır
23 İyun 2025 17:09
Özbəkistan prezidenti kadr dəyişiklikləri etdi
23 Oktyabr 2025 20:06
Baxış sayı:110
Bu xəbər 20 Avqust 2025 19:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















