Özbəkistan zəvvarların Ümrəyə göndərilməsini dayandırdı
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Özbəkistandan zəvvarların Ümrə (kiçik Həcc) ziyarətinə göndərilməsi hava məkanının bağlanması və Yaxın Şərqin bir sıra ölkələrində uçuşların ləğvi səbəbindən dayandırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Dini İşlər Komitəsi məlumat yayıb.
"Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi vətəndaşlara bu bölgədəki ölkələrə səyahət etməkdən çəkinməyi və orada yaşayan soydaşlarımıza ehtiyat tədbirlərini gücləndirməyi tövsiyə edir. Bu vəziyyəti nəzərə alaraq, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Özbəkistan Müsəlmanları Ruhani İdarəsi və tur operatorları tərəfindən təşkil edilən Ümrə səfərləri müvəqqəti olaraq dayandırılır", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, 2 mart 2026-cı il tarixinə planlaşdırılan Daşkənd-Ciddə reysi Özbəkistan Müsəlmanları Ruhani İdarəsi tərəfindən dayandırılıb.
"Uçuşların bərpası rəsmi mənbələr vasitəsilə əlavə olaraq elan ediləcək. Həmvətənlərimizdən bu vəziyyəti düzgün başa düşmələrini və rəsmi məlumatlara əməl etmələrini xahiş edirik", - deyə məlumatda vurğulanıb./Report
Baxış sayı:192
Bu xəbər 01 Mart 2026 20:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















