Icma.az
close
up
RU
“ÖzbəkistanAzərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru AMMdə olub

“ÖzbəkistanAzərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru AMMdə olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) yeni  təyin olunmuş direktoru Akif Marifli “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov arasında görüş keçirib. 

AMM-də baş tutan görüşdə Erkin Nuriddinov fəaliyyətə başlaması münasibətilə mərkəzin yeni direktoru Akif Mariflini təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. 

Görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi və ikitərəfli əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzi arasında bu il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub. 

Sonda Akif Marifli Dostluq Cəmiyyətinin Mədəniyyət Mərkəzi ilə uzunmüddətli əməkdaşlığı üçün təşəkkürünü bildirib.

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

seeBaxış sayı:64
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri