“ÖzbəkistanAzərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında birgə əməkdaşlığa dair razılıq əldə olunub AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 14 yanvar, AZƏRTAC
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinovla Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Özbəkistan arasında mədəniyyət, elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, birgə əməkdaşlığa dair məsələlərdən söhbət açılıb. Həmçinin Azərbaycan dilinin və ədəbiyyatının Özbəkistan universitetlərində geniş təbliği istiqamətində səylərin daha da artırılmasının vacibliyi, universitetlərimiz arasında əlaqələrin genişlədirilməsi və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti ilə Azərbaycan Mədəniyyət Mərkəzi arasında cari il üçün birgə əməkdaşlığa dair razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















