Icma.az
close
up
RU
Xuraman Muradova AzərbaycanQazaxıstan Dostluq Cəmiyyətinin fəxri üzvü seçilib

Xuraman Muradova AzərbaycanQazaxıstan Dostluq Cəmiyyətinin fəxri üzvü seçilib

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Ədəbiyyat, Sənət, İctimai Fənlər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası “Onur” və “Altın yıldız” medallı, "Humay" Milli Mükafatı laureatı, Qırğızıstan Respublikası  “Çingiz Aytmatov" adına medal sahibi, Qırğızıstan Təhsil Nazirliyinin "Altın qələm" mükafatı laureatı, "Vektor" Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü, Türk dünyasının sevilən vətənpərvər şairəsi Xuraman xanım Muradova Ulu Öndər Heydər Əliyevin adını daşıyan Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin fəxri üzvü seçilib.

Bu münasibətlə noyabrın 28-də Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və bu il 30 illik yubileyini qeyd edən Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin Prezidenti Eldar Günaydın və Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətini təmsil edən rəsmi şəxslər "VİP Milan" Hospitalın qonağı oldular.  Görüş zamanı Ulu Öndərimizin adını daşıyan belə bir mötəbər Cəmiyyətin fəxri üzvü adına layiq görülməkdən məmnunluğunu və şərəf duyduğunu söyləyən Xuraman xanım Muradova qeyd etdi ki: "Bu gün həm də mənim üçün ikiqat əlamətdar, unudulmaz gün oldu, ona görə ki, Müzəffər Ali Baş Komandanımız, Cənab Prezident İlham Əliyevin Xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən "Əsrin Qəhrəmanı olan Komandan" kitabım işıq üzü gördü. Bu mənim Ali Baş Komandana həsr olunmuş ikinci kitabımdır. Kitabımın redaktoru hörmətli Xalq yazıçımız Çingiz Abdullayevlə və mötəbər qonaqlarımızla elə kitabımın işıq üzü gördüyü gün bu böyük sevinci bölüşməkdən şərəf duydum! Hər zaman şəxsiyyətinə böyük hörmət bəslədiyim Xalq Yazıçımız Çingiz müəllim Abdullayevə kitabımın ərsəyə gəlməsində dəyərli tövsiyələri üçün minnətdarlığımı bildirirəm. Kitabımın redaktoru kimi Xalq yazıçısı Çingiz müəllim Abdullayevə, məsləhətçi rəyçi Xalq yazıçısı Natiq Rəsulzadəyə dərin təşəkkürümü və ehtiramımı bildirirəm."

Xatırladaq ki, "Əsrin Qəhrəmanı olan Komandan" əsəri Xuraman xanım Muradovanın Müzəffər Ali Baş Komandanımıza həsr olunmuş növbəti kitabıdır.

Müzəffər Ali Baş Komandanımız, Cənab İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən "Əsrə bərabər 20 il" və "Əsrin qəhrəmanı olan Komandan" kitabları Xuraman xanım Muradovanın möhtərəm Prezidentimizə böyük sevgisinin və vəfa borcunun izharıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri