Özbəkistanda 2025ci il yaşıl iqtisadiyyat ili elan olunub AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Özbəkistanda 2025-ci il “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan edilib.
AZƏRTAC “UzDaily.uz” informasiya portalına istinadla xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev parlamentin aşağı palatasında çıxışı zamanı deyib. O qeyd edib ki, bu gün iqlim dəyişikliyinin mənfi nəticələri təkcə Özbəkistanda deyil, dünyanın bir çox ölkələrində hiss olunur.
Portal xatırladır ki, müasir ekoloji çağırışlara cavab olaraq üç il əvvəl Özbəkistan ümummilli “Yaşıl məkan” təşəbbüsünü irəli sürüb, həmçinin qonşu ölkələrlə birlikdə regional iqlim strategiyasını həyata keçirməyə başlayıb. Özbəkistan Prezidenti 2025-ci ili “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili” elan etməklə bu fəaliyyəti yeni səviyyəyə qaldırmağı qarşıya qoyub.
Hökumət müəyyən edilmiş əsas vəzifələrin həyata keçirilməsinə yönəlmiş dövlət proqramı hazırlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Noyabr 2024 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















