Özbəkistanda Dostluq Festivalı keçiriləcək
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
İyulun 25-dən 31-dək Özbəkistanın bütün bölgələrində Dostluq Festivalı keçiriləcək.
525.az xəbər verir ki, iyulun 30-da ölkədə Xalqlar Dostluğu Günü geniş şəkildə qeyd ediləcək.
Festival həftəsində incəsənət saraylarında, teatrlarda, konsert salonlarında, meydanlarda və parklarda mədəni, maarifləndirici, elmi-praktiki və digər tədbirlər keçiriləcək. Proqramda milli və ümumbəşəri dəyərləri tərənnüm edən konsertlər xüsusi yer tutacaq.
Dostluq Festivalı Özbəkistanın millətlərarası münasibətlər sahəsində dövlət siyasətinin inkişafına yönəlmiş islahatların mahiyyətini və əhəmiyyətini əks etdirən tədbirdir. Əsas məqsəd insanlar arasında dostluğun və qarşılıqlı anlaşmanın vacibliyini vurğulamaqdır.
Pərvanə Sultanova
Baxış sayı:102
Bu xəbər 18 İyul 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















