Icma.az
close
up
RU
Özbəkistanda Gənclər Günü münasibətilə tədbir keçirildi FOTO

Özbəkistanda Gənclər Günü münasibətilə tədbir keçirildi FOTO

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

2 fevral - Gənclər Günü münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə konsert keçirilib.

Moderator.az xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin nailiyyətləri, qazanılan uğurlar haqqında söhbət açıb, dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların müxtəlif vəzifələrə irəli çəkildiyini vurğulayıb. Hüseyn Quliyev cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu vurğulayıb.

Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov son illərdə Özbəkistanla əlaqələrin inkişafından danışıb, Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığın yaradılması və birgə layihələr haqqında məlumat verib, bu sahədə kitabların çapı ilə bağlı təşəbbüslərdən söz açıb.

Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyini qeyd edib. O, 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə Gənclərə və biznesə dəstək ili elan olunduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan” rəqs ansamblının və "Navbahor" Özbəkistan Dövlət rəqs ansamblının üzvləri həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Aslanə Əliyeva xalqımızın milli rəqslərini, özbək müğənnisi Dilnoza Əkbərova, azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova Azərbaycan və Özbək mahnılarını ifa ediblər. Onların ifaları alqışlarla qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri