Icma.az
close
up
RU
Azərbaycan Gənclər Günü Özbəkistanda qeyd olunub FOTOLAR

Azərbaycan Gənclər Günü Özbəkistanda qeyd olunub FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların müxtəlif vəzifələrə irəli çəkildiyini vurğulayıb. Hüseyn Quliyev cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu qeyd edib.

Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığın yaradılması və birgə layihələr haqqında məlumat verib, bu sahədə kitabların çapı ilə bağlı təşəbbüslərdən söz açıb.

Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyini qeyd edib. O, 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə “Gənclərə və biznesə dəstək ili” elan olunduğunu diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan” rəqs ansamblı və “Navbahor” Özbəkistan Dövlət Rəqs Ansamblının üzvləri, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Aslanə Əliyeva xalqımızın milli rəqslərini təqdim ediblər. Özbəkistan müğənnisi Dilnoza Əkbərova, azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova Azərbaycan və özbək mahnılarını səsləndiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Fevral 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri