Icma.az
close
up
RU
Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Özbəkistanda Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 dekabr, AZƏRTAC

Özbəkistan Rəssamlıq Akademiyasında “Şərq vəhdəti – Mirzə Qədim İrəvani və özbək ornamentləri” adlı rəsm müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərginin açılışı olub.

Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqə Prezident İlham Əliyevin görkəmli Azərbaycan rəssamı və nəqqaşı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Özbəkistan Rəssamlıq Akademiyası və Daşkənd Foto Evinin dəstəyi ilə həyata keçirilib. 6 ay davam edən müsabiqənin əsas məqsədi Mirzə Qədim İrəvaninin zəngin yaradıcılıq irsinin öyrənilməsi və təbliği, Şərq nəqqaşlıq ənənələrinin qorunması, gənc rəssamların dəstəklənməsi, eləcə də Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun inkişaf etdirilməsidir.

Müsabiqədə peşəkar rəssamlar, dekorativ-tətbiqi sənət ustaları, eləcə də ixtisaslaşdırılmış incəsənət məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri, Özbəkistanın müxtəlif bölgələrindən olan iştirakçılar yer alıblar. Təqdim olunan əsərlər peşəkar komissiya tərəfindən bədii və kompozisiya meyarları əsasında qiymətləndirilib.

Tədbir çərçivəsində Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yoluna, eyni zamanda İrəvan şəhərinin mədəni-tarixi irsinə həsr olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli film nümayiş etdirilib.

Daha sonra Akademiyanın sərgi salonunda müsabiqə iştirakçılarının əsərlərindən ibarət ekspozisiya təqdim olunub.

Özbəkistan Rəssamlıq Akademiyasının sədri Akmal Nur çıxışında bu kimi mədəni təşəbbüslərin Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlığın daha da inkişafına xidmət etdiyini, eləcə də iki xalqın bədii ənənələrinin qarşılıqlı öyrənilməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Aki̇f Marifli qeyd edib ki, Mirzə Qədim İrəvani XIX əsr Azərbaycan milli rəssamlıq sənətinin parlaq nümayəndələrindən biri olaraq Şərq miniatür ənənələri ilə Avropa realist portret üslubunu uğurla birləşdirib. O, həmçinin vurğulayıb ki, həyata keçirilən bu kimi mədəni layihələr Azərbaycan və Özbəkistan prezidentlərinin ardıcıl siyasətinin bariz nümunəsi olmaqla, iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Müsabiqənin yekunlarına əsasən birinci yer Andican İxtisaslaşdırılmış İncəsənət Məktəb-İnternatının şagirdi Bexruzbek Baxtiyorzadonova, ikinci yer Pavel Benkov adına Respublika İxtisaslaşdırılmış Rəssamlıq Məktəbinin şagirdi Madinabonu Qaxxorovaya, üçüncü yer isə Kamoliddin Behzod adına Milli Rəssamlıq və Dizayn İnstitutunun IV kurs tələbəsi Muxlisa Omonullayevaya təqdim olunub.

Nominasiyalar üzrə fərqlənən Dulat Baxatov, Gülbahor İmamaliyeva, Farangiz Olimjonova və Uluqbək Muxamatov xüsusi sertifikatlarla mükafatlandırılıblar. Müsabiqənin qaliblərinə və mükafatçılarına diplomlar, xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.

Eyni zamanda müsabiqənin bütün iştirakçılarına sertifikatlar verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri