Icma.az
close
up
RU
Özbəkistanda Qərbi Azərbaycan hekayələri adlı kitabın təqdimatı keçirildi FOTOLAR

Özbəkistanda Qərbi Azərbaycan hekayələri adlı kitabın təqdimatı keçirildi FOTOLAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə icra etdiyi “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” adlı layihə çərçivəsində hazırlanan “Qərbi Azərbaycan hekayələri” adlı kitabın Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Əlişir Nəvai adına Özbək dili və Ədəbiyyatı Universitetində təqdimatı keçirilib.

Globalinfo.az bildirir ki, tədbirdə Universitetin alimləri, şairlər, yazıçılar və tələbələr iştirak edib.

Təqdimat mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetini Beynəlxalq Məsələlər üzrə prorektoru, professor Mahirə Nağıqızı, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri  Məhəmmədiyar Əsədov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Məcid, Ədəbiyyatşünas, şair, DGTYB-nin MŞ üzvü Xasiyyət Rüstəm, Ədəbiyyatşünas-tərçüməçi Hafizə Qoşqarova, Məhəmməd Füzuli adına elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Gülbahar Aşurova, Universitetin professoru, filologiya elmləri doktoru İslam Yaqubov, Təbriz Universitetinin müəllimi, filologiya elmləri doktoru Fərhad Rəhimi, “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” layihəsinin rəhbəri İntiqam Yaşar çıxış edib.

Universitetin kafedra müdiri,  Məhəmmədiyar Əsədovun moderatorluğu ilə baş tutan tədbirdə  “Qərbi Azərbaycan hekayələri” adlı kitabın nəşrinin əlamətdar hadisə olduğu vurğulanıb. Kitabın artıq Özbək türkcəsinə uyğunlaşdırıldığı diqqətə çatdırılıb .

Kitab şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin başqanı İntiqam Yaşarın layihə rəhbərliyi ilə hazırlanıb.

Kitabda yer alan hekayələrin hər birinin müəllifi əslən  Qərbi Azərbaycandan olan yazarlardır.

Sözügedən hekayələr Azərbaycan yazıçıları Mahirə Nağıqızı, Azər Abdulla, Məmməd Oruc, Güldərən Vəliyeva və Şəfa Vəli tərəfindən qələmə alınıb.

Əsərlərdə Qərbi Azərbaycanın tarixi yaddaşı, deportasiya mövzusu və milli kimliyin qorunması kimi mövzular öz əksini tapır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri