Özbəkistanda vergiləri ödəməkdən boyun qaçırıb Azərbaycana gəldi Ölkəsinə qaytarıldı
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 Aprel 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















