Icma.az
close
up
RU
Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəyliyə həsr edilmiş konsert təşkil edilib

Özbəkistanın Fərqanə vilayətində Üzeyir Hacıbəyliyə həsr edilmiş konsert təşkil edilib

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universiteti ilə birlikdə Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində görkəmli azərbaycanlı bəstəkarı, Azərbaycan milli operasının banisi, musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar konsert təşkil edilib.
Newscenter.az xəbər verir ki, Kokand şəhər Dəmiryolçular sarayında təşkil edilən tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli zəngin tarixə malik olan Azərbaycan mədəniyyətindən söz açaraq bu mədəniyyətin ayrılmaz bir parçası olan Azərbaycan musiqisinin bütün dünya mədəniyyətinə böyük töhfələr verdiyini və müsbət mənada təsir göstərdiyini qeyd edib. Azərbaycan musiqisinin inkişafında müstəsna xidmətləri olan Üzeyir Hacıbəyli yaradıcılığından söz açan A. Marifli dahi bəstəkarın həyatının, yaradıcılığının, musiqi irsinin öyrənilməsi sahəsində görülən işlərdən və ələlxüsus da ölkə başçısı cənab İlham Əliyevin bu qəbildən məsələlərə böyük həssaslıq və diqqətlə yanaşdığını vurğuladı. O, bugünkü tədbirin də ölkə başçısı tərəfindən Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə verilmiş sərəncam çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən nəzərdə tutulmuş silsilə tədbirlərdən növbətisi olduğunu da diqqətə çatdırdı.
Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin prorektoru Əhmədcan Xusanov Azərbaycan və özbək xalqları arasında mədəniyyət, ələlxüsus da musiqi sahəsində böyük oxşarlıq olduğunu və bunun da ortaq tarixi köklərə dayandığını qeyd etdi. Məhz buna görədir ki, Azərbaycan musiqisinin özbək xalqı tərəfindən sevilərək dinlənildiyini qeyd edən Ə.Xusanov bugünki konsert proqramının da iştirakçılar tərəfindən böyük bir şövqlə qarşılanacağını bildirdi.
Çıxışlardan sonra bədii hissə ilə davam edən konsert proqramında Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan” rəqs qrupu, Kokand Dövlət Universitetinin rəqs ansamblı tərəfindən milli rəqslərimiz, Mədəniyyət Mərkəzinin gənclərdən ibarət teatr truppası tərəfindən isə dahi bəstəkar, publisist Üzeyir Hacıbəylinin dünyaca məşhur “Arşın mal alan” operetta-tamaşası tamaşaçılara təqdim edildi.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılandı.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 May 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri