Icma.az
close
up
RU
Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

Özbəkistanın Kokand Dövlət Universitetində Azərbaycan dili tədris olunacaq

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kokand Dövlət Universiteti ilə həmkarlıq çərçivəsində növbəti tədris ilindən etibarən sözügedən ali təhsil müəssisəsində Azərbaycan dilinin tədrisi təşkil ediləcəkdir.
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Kokand Dövlət Universitetinin rektoru Dilnoza Xocayeva arasında keçirilən görüşdə razılığa gəlinmişdir.
Görüş əsnasında Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği sahəsində sözügedən universitetlə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Müzakirələr zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təklifi ilə Kokand Dövlət Universitetində Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin tədrisi məsələsi irəli sürülmüş və bu təklif universitet rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır. Təklifə əsasən bu ilin sentyabr ayından etibarən Kokand Dövlət Universitetində ilkin olaraq Azərbaycan dilinin tədrisinə başlanılması razılığı əldə edilmişdir və mühazirələr universitetdə yeni yaradılmış Seyid Əzim Şirvani adına Azərbaycanşünaslıq mərkəzində aparılacaqdır.
Məlumat üçün bildirmək istəyirik ki, Özbəkistanın köklü ali təhsil ocaqlarından biri hesab edilən Kokand Dövlət Universiteti 1930-ci ildə yaradılmış və Fərqanə vilayətinin aparıcı universitetlərindən biridir. Universitetdə iyirmi bir mindən çox tələbə təhsil almaqdadır.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 May 2025 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri