Icma.az
close
up
RU
Tallində 28 May Müstəqillik Günü münasibətilə təntənəli mərasim

Tallində 28 May Müstəqillik Günü münasibətilə təntənəli mərasim

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 may, AZƏRTAC

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallində təntənəli mərasim təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Estoniyanın və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixi hadisə olduğunu və ölkə dövlətçiliyinin inkişafında şanlı səhifələrdən birini təşkil etdiyini, qısa müddət ərzində Cümhuriyyətin dövlət quruculuğu prosesində böyük uğurlar qazandığını qeyd edib.

Ölkəmizin 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi, bununla belə müstəqilliyin ilk günlərdən çətinliklərlə üzləşdiyi vurğulanaraq, məhz xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti sayəsində ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyinin yarandığı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Heydər Əliyevin təşəbbüsü ilə aparılan islahatlar hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizin təşəbbüsü ilə nəhəng enerji, nəqliyyat layihələri həyata keçirilir.

Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Mariya Yufereva-Skuratovski Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb. İkitərəfli münasibətlərə toxunan M.Yufereva-Skuratovski Estoniya ilə Azərbaycan arasında çoxillik dostluq və səmərəli əməkdaşlığın qarşılıqlı hörmət, etimad və bir-birinə səmimi maraq əsasında qurulduğunu bildirib.

Tədbirdə Estoniya parlamentinin üzvləri, dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri və əməkdaşları, həmçinin Estoniyadakı Azərbaycan və tatar icmalarının nümayəndələri iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri