Icma.az
close
up
RU
Tramp əczaçılıq şirkətlərini hədələyib

Tramp əczaçılıq şirkətlərini hədələyib

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az “Reuters” agentliyinə isitnadən xəbər verir ki, hələ may ayında Ağ Ev rəhbəri dərman istehsalçılarını ABŞ bazarındakı qiymətləri beynəlxalq standartlara uyğunlaşdırmağa çağıran sərəncam imzalayıb.
Donald Tramp xəbərdarlıq edib ki, əgər tələblər yerinə yetirilməsə, hökumət sanksiyalar tətbiq edəcək və ya xaricdən daha ucuz dərmanların idxalı da daxil olmaqla başqa tədbirlər görəcək.
Agentliyin məlumatına görə, məktublar “Eli Lilly”, “Sanofi”, “Regeneron”, “Merck & Co”, “Johnson & Johnson” və “AstraZeneca” şirkətlərinin baş direktorlarına göndərilib.
“Bu kritik problemin həlli üçün mənim administrasiyamın aldığı təkliflərin əksəriyyəti eyni şeyi daha çox vəd edib: günahın başqasının üzərinə qoyulması və sənayeyə milyardlarla ödənişlə nəticələnəcək siyasət dəyişikliklərin tələb olunması”, - ABŞ prezidenti alınan elektron məktubların surətini özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında yerləşdirərək yazıb.
O, istehsalçıları aztəminatlı insanlar üçün “Medicaid” proqramına daxil olan bütün xəstələrə “xalqa ən yaxşı qiymət” mexanizmini tətbiq etməyə və yeni dərmanların belə qiymətlərinə zəmanət verməyə çağırıb.
Amerika lideri vurğulayıb ki, şirkətlər ölkə daxilində aşağı qiymətləri kompensasiya etmək üçün xaricdə yüksək qiymətlər hesabına götürdükləri artıq gəlirləri qaytarmağa borcludurlar. Onlar hökumətlə razılaşmalar vasitəsilə amerikalı xəstələrin və vergi ödəyicilərinin maraqlarını qorumalıdırlar.
Trampın tələbinə əsasən, Amerikanın əczaçılıq şirkətləri tərəfindən digər inkişaf etmiş ölkələrə ABŞ-dən daha sərfəli qiymətlər təklif olunmamalıdır.
Əcazçılıq şirkətləri sentyabrın 29-dək bu şərtlərlə bağlı ABŞ hökumətinə konkret öhdəliklər təqdim etməlidirlər.
- Əgər siz hərəkətə keçməkdən boyun qaçırsanız, biz amerikalıları dərmanlara qiymətlərin formalaşmasındakı sui-istifadədən qorumaq üçün arsenalımızdakı bütün vasitələrdən istifadə edəcəyik”, - Donald Tramın xəbərdarlığında vurğulanır.
Lakin mütəxəssislərin fikrincə, əczaçılıq şirkətlərinin tələb olunan qiymət endirimlərinə razı olacaqları inandırıcı görünmür.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Avqust 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see784

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see702

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see257

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see246

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see243

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see233

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see231

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see220

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see213

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see194

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see188

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see187

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see186

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see183

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see181

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see180

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see172

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see172

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see165

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri