Özəl şirkətlərin ƏDV hesabları ilə bağlı YENİLİK
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az Trend-ə istinadən xəbər verir ki, bu müddəa Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əks olunub.
Layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, yeni mexanizm 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində tətbiq olunacaq. Mexanizmin tətbiq qaydaları və şərtləri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Qanun layihəsinin məqsədi vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitlərdən istifadə imkanlarını genişləndirmək, sosial öhdəliklərin yerinə yetirilməsi üçün əlavə maliyyə resursları formalaşdırmaq və nəticədə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl sahibkarlıq subyektlərinə dəstək verməkdir.
Baxış sayı:155
Bu xəbər 30 İyun 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















