Icma.az
close
up
RU
Özlərini maşınlara çırpan dələduzlar peyda olub REAKSİYA

Özlərini maşınlara çırpan dələduzlar peyda olub REAKSİYA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Qəsdən qəza vəziyyəti yaradan piyadalara qarşı yüksək məbləğdə cərimələr tətbiq edilməlidir


“İntihara cəhd edən piyadaya görə də bəzən sürücü məsuliyyətə cəlb olunur. Ancaq belə hallar olmamalıdır”


Avtomobil yoluna çıxaraq sürücüləri qorxutmaqla, qəsdən həyat və sağlamlığına təhlükə yarandığını iddia etməklə hansısa formada qanunsuz maddi imtiyaz tələb edən şəxslərin hərəkətləri ilə bağlı tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb. E.Hacıyev qeyd edib ki, sürücülər belə halla rastlaşdıqda dərhal polisə məlumat verməlidir: 


"Əsassız olaraq hansısa şəxsin ictimai təhlükəli əməllərinə biganə yanaşılmamalıdır. Bir hadisənin gizlədilməsi, yaxud hansısa danışığa gedilməsi başqalarını da eyni hədəyə məruz qoya bilər".

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Bakının Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsi kimi tanınan yerdə gənc oğlanın özünü qəsdən nəqliyyat vasitələrinin altına atması əks olunub. Belə hallar, təəssüf ki, baş verir. Xüsusi olaraq özünü “qurbanlıq” edən şəxslər var ki, qazanc əldə etməyə çalışır, gözlənilmədən avtomobilin qarşısına çıxaraq təhlükəli qəza vəziyyəti yaradır, sonra da sürücüdən maddi təzminat tələb etməyə başlayır. Belələri “avtomobil qaraçıları”dır. Əl açmırlar, əksinə, özlərini maşının altına atırlar. Bu, “daha sərfəlidir”. Sözügedən hadisədə müşahidə kameraları dələduzun yaxalanmasına kömək edib. Hadisə kamera quraşdırılmamış yerdə baş versəydi, necə olacaqdı? 


Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında bildirdi ki, həqiqətən də, bu gün məsuliyyətsiz sürücülərlə yanaşı məsuliyyətsiz piyadalara da rast gəlirik.

 Bir sıra hallarda şahidi oluruq ki, gecə saatlarında, qaranlıqda bəzi piyadalar 6-8 zolaqlı magistral yolu qaçaraq keçməyə cəhd edir və nəticədə qəzalara səbəb olurlar. Sürücülər bəzən qaranlıqda yolu keçən piyadanı fərq edə bilmir və bəzən də magistral yolda sürət həddi yüksək olduğundan avtomobili dərhal dayandırmaq da mümkün olmur. Təəssüf ki, çox zaman belə hallarda sürücülər günahkar çıxarılır. Sürücülər məsuliyyətə cəlb edilir, yol-hərəkəti qaydasını pozmuş piyada isə zərərçəkmiş qismində tanınır. Hesab edirəm ki, magistral yola çıxan, bilərəkdən təhlükəli vəziyyət yaradan və qəzalara səbəb olan piyadalara yüksək məbləğdə cərimələr tətbiq edilməlidir. Yol hərəkəti qaydalarını pozan piyadalar 20 manat, qəsdən pozanlarsa 40 manat məbləğində cərimə edilir. İntihara cəhd edən piyadaya görə də bəzən sürücü məsuliyyətə cəlb olunur. Belə hallar var. 


E.Cəfərov qeyd etdi ki, müşahidə kameraları bu məsələdə hüquq-mühafizə orqanlarına əsl günahkarı ayırd etməkdə çox yardım edir. Lakin elə ərazilər var ki, orada müşahidə kameraları yoxdur, quraşdırmaq mümkün deyil: 

- Bundan da sui-istifadə edənlər var. Bilərəkdən sürücüyə maneə yaradırlar. Kamera olmayan yerdə vətəndaşlar özləri fəal olub təşəbbüs göstərə, dövlət yol polisinə müraciət edə bilər, həmin şəxslə tənbeh xarakterli söhbət apara bilərlər. Bunları vətəndaş da edə bilər.     

Vətəndaşlar ərazi üzrə dövlət yol polisi şöbəsinə müraciət edə bilər, əməkdaşlar da hadisə ilə bağlı araşdırma aparıb müvafiq quruma təqdimat etməli və piyada məsuliyyətə cəlb olunmalıdır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 May 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri