Özü taleyindən gözəl sənətkar Əntiqə Kərimzadə yazır…
Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaradan bəzən insanların taleyi ilə çöhrəsini tərs müntənasib edir. Yəni üzünün gözəlliyi heç də taleyinə yansımır. Həyatın boranı- qarı insanın bahar kimi gül çöhrəsini çox zamansız soldurur. Ömrü taleyin boranına bürünən sənətkarlardan biri Nəzakət Məmmədovadır.
O, 28 fevral 1944-cü ildə Gəncədə dünyaya göz açıb. Həyatdan ilk mənəvi zərbəsini lap erkən yaşlarından alıb- uşaqikən atasını itirib.
Valideynləri onun müəllim olmasını istəyirdilər. O da valideynlərinin arzusunu yerinə yetirmək istəyir. Və bu gənc qız Bakıda Xarici Dillər İnstitutuna (ADU) daxil olur. Sənətə olan sevgisi, oxumaq həvəsi onun təhsilini yarımçıq qoymasına səbəb olur. O, 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna qəbul olur.
Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən gənc Nəzakət bir müddət “Lalə” qızlar ansamblında çalışır.
Daha sonra onun taleyində yeni bir mərhələ başlayır. Sənətin bundan da enişli- yoxuşlu yolları ilə tanış olur. O, 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur. 1971-ci ildə teatr sənəti yeni “Leyli” ilə tanış olur. Tamaşaçılar səhnədə tam yeni abhavada bir Leyli görür.
O, “Rast”, “Qatar”, “Şahnaz”, “Segah” və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Türkiyə, İran, Əfqanıstan‚ Almaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.
Səsi də çöhrəsi kimi gözəl olan sənətkarın taleyi heç də uğurlu olmur. Onun sevda oxu daşa dəydiyi kimi, sənətçini sevən adamın da sevda oxu daşa dəyir.
Şair Sücaət Kəlbəcərli sənətçiyə sevgi şeirləri yazır. İllər keçir, o şeirlər dillərə dastan olur. Lakin onların arasında sevgi yaşanmır. Şairin sevgisi qarşılıqsız qalır.
Ailə üzvləri və yaxınları bunu etiraf etməsələrdə, şairi tanıyan insanlar o şeirlərin Nəzakət Məmmədovaya yazıldığını söyləyirlər.
Gözəlliyi ilə göz qamaşdıran Nəzakət Məmmədovanı bəyənməyən tək insan sənətçinin özü olur. O, boynundakı qırışlardan azad olmaq üçün Soçidə plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviçə müraciət edir. Lakin 21 oktyabr 1980-ci il tarixində əməliyyat zamanı cərrah kəsici tibbi alətlə müğənninin şah damarını kəsir. Və əməliyyat zamanı güclü qanaxmadan sənətkar dünyasını dəyişir.
Əlbəttə, sənətkarın həkim səhlənkarlığından dünyasını dəyişməsi diqqətdən kənarda qalmır. O, hüquqi qaydada bu əməlinin cəzasnı çəkir.
Əslən erməni olan həkim törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir. Sonradan aparılan istintaq zamanı bəlli olub ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən manikür ustası imiş.
Xanəndə Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Lakin illər keçəndən sonra o, Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib. Ona: “məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm”, - deyib. Bacısı Kifayət xanım müsahibələrinin birində deyir ki, həmin yuxudan sonra onun və anasının məzarını Bakıdan Gəncəyə - İmamzadə Məzarlığına köçürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 22 Oktyabr 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















