Icma.az
close
up
RU
“Özüm yığmışam” deyənlərdən almayın: Ölə bilərsiniz

“Özüm yığmışam” deyənlərdən almayın: Ölə bilərsiniz

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bazarlarda müxtəlif təzə göbələk növləri satışa çıxarılıb. 

Lakin bu mövsümdə göbələkdən zəhərlənmə hallarına tez-tez rast gəlinir.

Bəzən insanlar zəhərli göbələkləri tanımır və ya təsadüfi satıcılardan göbələk alaraq sağlamlığını riskə atırlar. Bəs göbələk alarkən nəyə diqqət edilməlidir? Hansı hallarda göbələk təhlükəli hesab olunur və zəhərlənmə riski artır? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, göbələk alarkən və istifadə edərkən bir sıra məqamlara diqqət etmək vacibdir: 

“Göbələk həm qidalı, həm də faydalı məhsuldur, amma düzgün seçilmədikdə ciddi zəhərlənmələrə səbəb ola bilər. Göbələk alarkən ilk növbədə onu haradan aldığımıza diqqət yetirilməlidir. Yalnız supermarketlər və rəsmi satış məntəqələrindən almaq tövsiyə olunur. Küçə kənarlarında və ya təsadüfi şəxslərdən alınan göbələk təhlükəli ola bilər. 

Qablaşdırmaya fikir vermək lazımdır, üzərində istehsalçı, yığım tarixi və son istifadə tarixi mütləq qeyd olunmalıdır. Mənşəyi bilinməyən məhsullar sağlamlıq üçün risklidir. Təzə göbələyin görünüşü diri və parlaq olur. Əgər quruyubsa, qaralıbsa və ya selik bağlayıbsa, bu göbələk artıq yararsız sayılır. 

Həmçinin təbii göbələyin yüngül meşə və torpaq qoxusu olur. Əgər kəskin, çürük və pis iy gəlirsə, onu almaq olmaz. Göbələyin kəsilmiş və ya sınmış hissəsinə də baxmaq vacibdir. Əgər bu hissələr qara və ya qəhvəyi rəng alıbsa, göbələk köhnədir və yeməyə yararsız ola bilər”. 

Onun sözlərinə görə, göbələk bəzi hallarda təhlükəli ola bilər: 

“Bazarda “özüm yığmışam” deyən satıcılardan göbələk almaq olmaz. Zəhərli göbələklər çox vaxt yeməli növlərə bənzəyir və seçilməsi çətindir. Bəzən bir səbətdə həm yeməli, həm də zəhərli göbələk qarışıq olur. Belə hallarda ciddi zəhərlənmə riski yaranır. Çiy və ya tam bişməmiş göbələk yemək olmaz. Hətta yeməli növlər də az bişdikdə mədə-bağırsaq pozğunluğu yarada bilər. 

Göbələk uzun müddət saxlanmamalıdır. Soyuq yerdə olmayan və ya vaxtında istifadə olunmayan göbələklər tez xarab olur və zəhərlənməyə səbəb ola bilər. Bilmək lazımdır ki, plastik torbalarda saxlanılan göbələklər hava keçirmədiyi üçün tez xarab olur. 

Bu da bakteriyaların yaranmasına səbəb olur. Əgər göbələyin rəngi dəyişibsə, saralmış, qaralmış və ya selik bağlamışsa, həmçinin pis iy verirsə, onu istifadə etmək təhlükəlidir”.  

Ekspert qeyd edib ki, göbələyi çox miqdarda yemək də bəzən zəhərlənməyə səbəb ola bilər: 

“Zəhərlənmə adətən zəhərli növlərin yeməli göbələklərlə səhv salınması nəticəsində baş verir. Ev şəraitində göbələyin düzgün saxlanmaması, məsələn, isti yerdə və ya plastik torbada saxlanması da risk yaradır. Göbələyi çox miqdarda yemək də bəzən zəhərlənməyə səbəb ola bilər. 

Bu, xüsusilə uşaqlar, hamilə qadınlar və həzm sistemi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. Ən təhlükəsiz seçim kultivasiya olunmuş (şampinyon, istiridyə göbələyi və s.) göbələklərdir. Yabanı göbələklərdən uzaq durmaq daha yaxşıdır”. 

Gülər 
"Cebheinfo.az

Açar sözlər: göbələk Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri