Icma.az
close
up
RU
“Özümüz gətirdiyimiz üçün, qiymətlər də münasibdir” “Kənddən şəhərə” Yeni il yarmarkasından REPORTAJ AZƏRTAC

“Özümüz gətirdiyimiz üçün, qiymətlər də münasibdir” “Kənddən şəhərə” Yeni il yarmarkasından REPORTAJ AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 dekabr, Nailə Həsənova, AZƏRTAC

Dekabrın 21-i səhər saatlarında Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” Yeni il yarmarkası açılıb. Həftəsonu, səhər saatları və havanın yağıntılı olmasına baxmayaraq, şəhər sakinləri yarmarkaya axışırlar. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır. On gün davam edəcək yarmarkada 30 regiondan 100-ə yaxın fermer müxtəlif çeşiddə 100-dən artıq müxtəlif kənd təsərrüfatı məhsullarının satışını həyata keçirir.

AZƏRTAC-ın əməkdaşları yarmarkada olub və alış-satış prosesini yaxından izləyiblər.

Bakının Türkan kəndindən yarmarkada satmaq üçün göyərti gətirən Ələsgər Əliyev deyir ki, səhər saatları olmasına baxmayaraq, alıcıların çoxluğundan razıdır: “Göyərtiyə tələbat qış aylarında daha çox olur. Öz həyətimdə əkib-becərdiyim göyərtiləri satıram. Yaradılan şəraitdən çox razıyam. Qiymətlərə gəldikdə, göyərtinin 7 dəstəsini 1 manata satıram. Dəstəsi 14 qəpiyə düşür. Güzəşt də edirik”.

Yarmarkada ilk dəfə iştirak edən Nəriman Qafarov isə Qubadan gətirdiyi alma və heyva satır. O da məhsullarının satışı üçün yaradılan şəraitdən razıdır. “Alıcılıq ilk gün üçün yaxşıdır, çox razıyıq. Yerli məhsul olduğu üçün ən çox alma satılır. Özümüz gətirdiyimiz üçün bazara nisbətən münasib qiymətlərdir. Alma 70 qəpik - 1 manat, “Qızıləhmədi” 1 manat 90 qəpiyə, yəni, növünə görə qiymətlər dəyişir. Gələn alıcılar da qiymətlərdən razıdırlar”, - deyə bildirir.

Yeni il süfrələrinin olmazsa-olmazı olan turşu, kompot və mürəbbələr hazırlayan fermer Rəftarə Şükürova isə Lənkəran rayonundan gəlib və illərdir ki yarmarkada iştirak edir: “Cem, mürəbbə, turşu, kompotlar hər bir azərbaycanlının bayram süfrəsini bəzəyir. Ümid edirəm ki, alıcılar məhsullarımızın dadından razıdırlar. 8 çeşiddə mürəbbə, 10-dan çox çeşiddə turşu, 2 cür kompot gətirmişik. Məhsulu çox sayda götürəndə endirim də edirik. Qiymətlər onsuz da yaxşıdır. Bu il ilk gün olmasına baxmayaraq, satış pis deyil”.

Yarmarkada sitrus meyvələri və tərəvəzlərin qiymətlərindən razı olan alıcı Səadət Həsənova da təəssüratlarını bizimlə bölüşüb. O, yarmarkanın açılışını səbirsizliklə gözləyirmiş: “Bayram və gündəlik bazarlığımızı hər həftəsonu buradan edirik. Qiymətlər də münasibdir, cibimizə uyğundur. Bazardan, marketlərdən ucuzdur. Göyərtinin, kökün qiymətində fərq hiss olunur. Bəzi aldığım məhsullarda 1 manat, 50 qəpik fərq edir”.

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə AZƏRTAC-a açıqlamasında bildirib ki, 10 gün davam edəcək yarmarka saat 09:00-dan 19:00-a kimi alıcılar üçün açıq olacaq. O vurğulayıb ki, satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət edilir. E.Məhəmmədəlizadə əlavə edib ki, yarmarkada səyyar qida laboratoriyası da fəaliyyət göstərir.

“Əgər vətəndaşların aldığı məhsulla bağlı hər hansı sual və narazılıq yaranarsa, laboratoriyaya yaxınlaşıb məhsullardan analiz verə bilər.

Yeri gəlmişkən, yarmarkada bütün xidmətlər fermerlər üçün pulsuzdur. Onlara piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlar verilir.

Yarmarkada məhsulların qiyməti fermerlərin özü tərəfindən müəyyənləşdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri