Icma.az
close
up
RU
“Qiymətlər marketlərdən 50 faiz aşağıdır” Kənddən Şəhərə” yarmarkasından REPORTAJ

“Qiymətlər marketlərdən 50 faiz aşağıdır” Kənddən Şəhərə” yarmarkasından REPORTAJ

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən növbəti “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunub. 

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında keçirilən yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində insanların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Yarmarkanın əsas üstünlüklərindən biri məhsulların istehsalçıların özləri tərəfindən birbaşa satışa çıxarılmasıdır.

Sfera-az-ın əməkdaşları Nərimanov rayonunda təşkil olunan yarmarkada iştirak edərək, satıcı və alıcıların fikirlərini soruşub, daha çox hansı məhsulların satıldığını, alıcıların hansı məhsullara üstünlük verdiyini öyrəniblər. 


Ordubad rayonundan gələn satıcı Şahin Əsgərov satışlardan razı olduğunu bildirib. O keçən ilə nisbətən bu il satışların daha yaxşı olduğunu deyib:

“Alıcılar əsasən qoz, fındıq, aş üçün istifadə olunan şabalıd, kişmiş və digər məhsullara üstünlük verirlər”.

İsmayıllı rayonundan gələn fermer Aqil Nəzərov məhsulların böyük hissəsinin öz təsərrüfatlarında istehsal etdiklərini qeyd edib. Onun sözlərinə görə, yarmarkadakı qiymətlər bazar və supermarketlərlə müqayisədə 50 faizədək aşağıdır:

“Bunun əsas səbəbi yarmarkanın dövlət dəstəyi ilə təşkil olunmasıdır. Bizim üçün bütün xərclər qarşılandığı üçün qiymətləri əlçatan saxlaya bilirik”. 

İsmayıllıdan gələn digər fermer Rövşən Novruzov isə alıcıların sirkə və üzüm yarpağına xüsusi maraq göstərdiyini bildirdi. O yarmarkaya gətirdikləri sirkəni şəxsi təsərrüfatlarında istehsal etdiklərini və tam təbi olduğunu vurğuladı:

“Pip yarpağı ən keyfiyyətli dolma üçün alınır. Bundan əlavə, bura gələnlər mürəbbə və turşulara da böyük maraq göstərir. Keçən ilə nisbətən bu il satışlar daha yaxşıdır”. 

Yarmarkada satılan məhsullar arasında müxtəlif növ ballar da var. Gəncədən gələn Zenfira İmanova da bal satır. Zenfira xanım balı Tərtər rayonunun Suqovuşan kəndindən və Daşkəsən rayonundan gətirdiyini söylədi:

“Bu il qiymətlər keçən ilə nisbətən qalxıb, amma alıcılar narazılıq etmir. Yarmarka bizim üçün məhsullarımızı satmağa çox yaxşı imkan yaradır”. 

Ət məhsulları satan sabirabadlı Qurbanov Etiqad da qiymətlərin münasib olduğunu dedi:

“Dana ətini 14 manata, qoyun ətini isə 16 manata satırıq. Alıcılar qiymətdən şikayət etmirlər. Heyvanlarımızı rahat satmaq üçün yarmarka çox əlverişlidir”.

Yarmarkada çoxlu sayda alıcıya da rast gəlmək olurdu. Alıcılardan Sevinc Məmmədova bizimlə söhbətində yarmarkanın təbii və keyfiyyətli məhsullar almaq üçün əla fürsət yaratdığını dedi. “Burada hər şey təbii və dadlıdır”, - deyən Sevinc xanım söylədi ki, supermarketlərdə yarmarkalardakı kimi aşağı qiymətlərə məhsul tapmaq çətindir:

“Xüsusilə pendir, qaymaq və bal alıram. Hər il bu yarmarkanı səbirsizliklə gözləyirəm, çünki kənd təsərrüfatı məhsullarının birbaşa fermerlərdən alınması həm keyfiyyət baxımından, həm də qiymət baxımından çox sərfəlidir”. 

Digər bir alıcı Ramiz Abbasov yarmarkanın sərfəli olduğunu vurğuladı: “İlin bu vaxtı belə keyfiyyətli kənd məhsullarını şəhərdə tapmaq çətindir. Üstəlik, qiymətlər də münasibdir. Təşkilatçılara təşəkkür edirik”. 

Başqa bir alıcı Elçin Vəliyev də yarmarkadan məmnun qaldığını bildirib. Burada həm qiymətlərin münasib olduğunu, həm də məhsulların təbii olduğunu söyləyən E.Vəliyev ən çox ət və süd məhsulları aldığını bildirdi:

“Xüsusilə kənd pendiri və qaymağını çox sevirik. Üstəlik, satıcılar da məhsulları haqqında ətraflı məlumat verirlər, bu da alıcı üçün böyük üstünlükdür. Belə yarmarkaların daha tez-tez keçirilməsini istərdim”. 


Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası 8-19 mart 2025-ci il tarixlərində fəaliyyət göstərəcək. 

Bəsti Rəfizadə

Fotolar: Anar Bayramlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri