Icma.az
close
up
RU
Kənddən şəhərə Novruz yarmarkası təşkil olunub REPORTAJ

Kənddən şəhərə Novruz yarmarkası təşkil olunub REPORTAJ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. 8 Mart - Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayan yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb. Uşaqların əylənməsi üçün yarmarkada xüsusi guşə də yaradılıb. On iki gün davam edəcək yarmarkada ümumilikdə 20-dən çox regiondan fermerlər iştirak edirlər. Burada 150-dən çox çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Gündəlik keçiriləcək yarmarkanın əsas üstünlüklərindən biri məhsulların fermerlərin özləri tərəfindən birbaşa olaraq satışa çıxarılmasıdır. Bizdə SƏS TV olaraq yarmarkada olduq və alış-satış prosesini yaxından tanış olduq.

Aqrar Tədarük və Təchizat idarəsinin şöbə müdiri Nilufər Mustafaqızı bildirib ki, “Kənddən şəhərə” Novruz yarmarkasında satışa çıxarılan məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmiş fermerlər tərəfindən alıcılara təqdim olunur: “Həmin fermerlər ödənişsiz piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün vətəndaşlar laboratoriyanın xidmətlərindən də faydalana bilərlər”.

Satıcı Əliyar Salamov: "Satış yaxşıdır. İnsanların yarmarkaya olan marağı bizi qane edir. Mən özümdə Xəzər rayonunun Türkan qəsəbəsindən gəlmişəm. Öz yetişdirdiyim məhsulları bura gətirib satmağa çalışıram. Müxtəlif tərəvəzlər və göy-göyərti satıram. Brokoli məsəl üçün 1 manatdır. Xiyarın kilosu isə 3 manat 80 qəpikdir".

Alıcı Tarıyel Əliyev: "Yarmarkaya təzə daxil olmuşam. Hələki bütün piştaxtalarla tanış deyiləm. Biraz gəzdikdən və qiymətlərlə maraqlandıqdan sonra bazarlıq edəcəm".

Satıcı Azad Hüseynov: "Mən özüm Daşkəsən rayonundan gəlmişəm. Şükürlər olsun ki, satış yaxşıdır. Məhsullarım ağartı məhsullarıdı. Kilosu 5 manatdan 15 manata qədərdir. Süd, pendir, şor hər gün təzə olaraq satışa çıxarılır. Yumurta da 30 qəpikdən alıcıya təqdim olunur".

Alıcı Nigar Məmmədova: "Yarmarkadan çox razıyam. Hər şey əladı. Qiymətlərdə çox sərfəlidi. Hər bir insan məhsulları münasib qiymətə ala bilər. Allah var eləsin. Belə yarmarkaların olmasından çox razıyıq".

Alıcı Bahar Kərimova: "Yarmarkaya təzə gəlmişəm. Qiymətlərlə hələ tanış deyiləm. Amma belə yarmarka pis deyil. Hər il bu yarmarkalardan çox istifadə edirəm. Çeşit olaraq sən deyən bolluq deyil. Bəlkə də bayrama qədər çeşit bollaşar".

Qeyd edək ki, on iki gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. Vətəndaşlar Novruz yarmarkasından kənd təsərrüfatı məhsullarını sərfəli qiymətə elə fermerlərin özündən almaq imkanı əldə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Mart 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri