Icma.az
close
up
RU
Özümüzü necə tanıyaq? Psixoloq YAZIR

Özümüzü necə tanıyaq? Psixoloq YAZIR

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Biz çox zaman kim olduğumuzu, nə istədiyimizi, nəyə ehtiyac duyduğumuzu başqalarının baxışı ilə müəyyənləşdiririk.

“Valideynim nə deyər?”, “Cəmiyyət bunu necə qarşılayar?”, “Onlar məni bəyənərmi?”

Nəticədə isə özümüzü axtararkən, özümüzdən uzaqlaşırıq.

Mövzu ilə bağlı “Cebheinfo.az” “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılovanın yazısını təqdim edir. 

Özünü tanımaq nə deməkdir?

Bu sual sadə görünür, lakin cavabını tapmaq bəzən illər aparır.

İnsan doğrudanmı öz həyatını yaşayır, yoxsa başqasının istədiyi biri olmağa çalışır?

Psixoloji baxımdan insan, xüsusilə də travmalardan sonra, uyğunlaşmağa meyillənir.

Sevilmək, qəbul olunmaq və rədd edilməmək üçün fərd getdikcə rol oynamağa başlayır.

Öz mahiyyətini deyil, başqalarının gözündəki “ideal” obrazı yaşamağa başlayır.

Niyə insan özündən uzaq düşür?

Çünki çox zaman uşaqlıqdan başlayaraq insan müəyyən inanclarla böyüdülür:
“Ayıbdır”, “Sus”, “Belə olmaz”, “Böyüklərə qarşı çıxma”, “Həssas olmaq zəiflikdir”.

Duyğularını gizlətmək, qorxularını boğmaq və yalnız sosial norma daxilində mövcud olmaq öyrədilir.

Nəticədə şəxsiyyətin əsas özəyi olan “Mən kiməm?” sualı itib gedir.

Özündə özünü tapmaq – psixoloji bir səyahətdir

Bu, bir anda başa gələn dəyişiklik deyil.

Meditasiya, tətil və ya motivasiya videoları ilə özünü tapmaq mümkün deyil.

Bu, özünə dürüst suallar vermək və cavablarından qaçmamaqla başlayır.

    •    Mən nə zaman xoşbəxt olmuşam?
    •    Hansı münasibətlərdə özümü itirmişəm?
    •    Özüm kimi hiss etdiyim anlar hansılardır?
    •    Əslində nə istəyirəm, nə mənə uyğun deyil?

Bu sualları cavablandırmaq asan olmasa da, onların cavabları insanın içindədir – çöldə deyil.

Psixoloq mövqeyindən baxış

Terapiya otaqlarında insanların tez-tez dediyi bir ifadə var:

“Elə bil illərlə başqasının həyatını yaşamışam.”

Bu cümlə bir tərəfdən acıdır, çünki itirilmiş zamanları xatırladır.

Digər tərəfdən isə oyanışa və dəyişməyə bir siqnaldır.
Ən gözəl tərəfi isə budur ki, özünə qayıtmaq heç vaxt gec deyil.

Özünü tapmaq üçün nə etmək olar?

   1.    Öz daxili səsinə qulaq asmaq. Hər kəs danışır, amma sən öz içindən gələn səsi dinləyirsənmi?
    2.    Qorxularla üzləşmək. Onlardan qaçmaq əvəzinə, onlara baxmaq və onların arxasındakı ehtiyacları anlamaq.
    3.    “Yox” deməyi öyrənmək. Özünü qorumağın və sərhəd çəkməyin əsas yolu budur.
   4.    Sənin yanında rahat nəfəs alan insanlarla münasibət qurmaq. Səni dəyişdirməyə çalışan deyil, səni anlayan insanlara yaxınlaşmaq.
   5.    Peşəkar psixoloji dəstək almaq. Bəzən insan özünü daha yaxşı görmək üçün güzgüyə ehtiyac duyur. Psixoloq da bu güzgüdür.

Nəticə olaraq

Özündə özünü tapmaq – “mən kiməm” sualına cavab axtarmaqdan daha dərindir.

Bu, öz həyatını başqasının deyil, öz dəyərlərin və ehtiyacların əsasında qurmaqdır.

Bu, öz hekayənin baş qəhrəmanı olmaqdır.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri