Icma.az
close
up
RU
Özümüzü düzgün tanıyaq və sevək! Psixoloqun tövsiyəsi

Özümüzü düzgün tanıyaq və sevək! Psixoloqun tövsiyəsi

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Özümüzü necə tanıyaq? Bilirəm ki, indi çoxunuz bu sualı eşidib təəcüblənirsiniz?

Öz içinizdə deyirsiniz: “Necə yəni özümüzü necə tanıyaq, mən özümü yaxşı tanıyıram.” Bəs heç düşünmüsünüz ki, nəyə görə keçmişə nəzər saldıqda bəzi hərəkət və davranışımız elə özümüzün təəcübünə səbəb olur. Özümüzü anlaya bilmirik, bu hərəkəti necə etdiyimizə cavab tapa bilmirik. Deməli, insan nə qədər özünü tanısa da bəzi situasiyalarda necə reaksiya verə biləcəyini qabaqcadan deyə bilməz. Özümüzü tanımaq üçün keçmişə nəzər salmalıyıq. Keçmişdə etdiklərimiz, seçdiklərimiz, üz çevirdiklərimiz, bacardıqlarımız gələcəkdə nələr edə biləcəyimizi göstərir. Özümüzü tanıyıb tanımadığımızı anlamaq üçün özümüzə belə bir sual verək. Özümüzü necə bilirik və necə görürük? Başqaları bizi necə bilir və necə görür. Bu iki sualın cavabı üst-üstə düşürsə, deməli, biz az da olsa özümüzü tanıyırıq.

Bəs hər şey özümüzü tanımaqla bitirmi? Bilirəm ki, bütün insanlar özündəki bəzi xüsusiyyətləri eləcə də, fizioloji görünüşündə bəzi bəyənmədiyi cəhətlər var. Biz gərək özümüz özümüzdə müsbət fikirlər formalaşdıraq və öz enerjimizi yüksək tutaq. Bilirəm indiki həyat şərtləri bunu etməyə çox imkan vermir. Ancaq düşünün ki, bu həyat bizə bir dəfə verilir və çalışmalıyıq ki, bu şansı ən yaxşı şəkildə dəyərləndirək. Özümüzü sevək, dəyər verək. Bunu etmək üçün keçmişlə barışmaq, olanı qəbul etmək, bu günü əzmlə yaşamaq və sabaha inanmaq bizi rahatladar və sevgi üçün zəmin hazırlayar. Özünü sevmək özünü saymaqla başlayar. Özün ilə keyfiyyətli vaxt keçirmək, özünü inkişaf etdirmək üçün şərtdir. Özünü sevən insan yaşam enerjisinin önəmli bir bölümünü özünün dəyərlərini açığa çıxartmaq və istifadə etmək üçün sərf edər. Bu enerjimizin üçdə biri qədərdir. Digər üçdə birini ətrafımızdakılar ilə düzgün əlaqələr qurmaq üçün istifadə etməliyik. Qalan bölüm isə yaşamaq üçün vacib olan ehtiyacları ödəmək üçün yetərli olmalıdır. İdeal yaşama bölgüsü budur.

Əgər bu yaşam bölgüsü ilə yaşamağı bacarsaq həyatımız daha maraqlı və dəyərli keçər. Bunu etməyə bu gündən başlayın sabahları gözləmək gec ola bilər. Ətrafımızda bəzi insanlar görürük onların yaşama həvəsinə heyran qalırıq. Şəxsən mən ətrafımda bəzi yaşlı insanlar görürəm, 70-80 yaşlarında özlərini hələ də bəyənir, qocalmadıqlarını düşünür və həyata müsbət baxırlar. Ona görə də uzun ömürlü və sağlam həyat tərzi keçirirlər. Bu yolu seçmək istəyənlər varmı?

Elvira Kərimova

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

Pcc.az

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 07:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri