Icma.az
close
up
RU
İntihara hazırlaşan insanı necə tanıyaq? Psixoloq əlamətləri açıqladı

İntihara hazırlaşan insanı necə tanıyaq? Psixoloq əlamətləri açıqladı

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Əgər bir insan birdən-birə sakitləşibsə, artıq heç kimlə mübahisə etmir, hər kəsə “xoşbəxt olun” deyirsə, bu, təhlükə siqnalıdır”. 

Bunu “Cebheinfo.az”a açıqlamasında intihar (suisid) davranışlarının psixoloji tərəflərindən danışarkən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova deyib. 

O bildirib ki, intiharın qarşısını almaq üçün ən mühüm addım sakit insanı da dinləməkdir: 

“Bəzən ən çox səs-küy salan deyil, ən sakit görünən insan içində qırılır. Buna görə də diqqətli olaq. Çünki bəzən ən parlaq gülüşlərin arxasında sönməkdə olan bir ruh yatır. Suisid etməyə qərar verən insanlar çox vaxt ətrafdakılar tərəfindən “düzəlməyə başladı”, “artıq əvvəlki kimi deyil, daha sakitdi” kimi sözlərlə təsvir olunur. Halbuki bu sakitlik, çox zaman, fırtınanın son mərhələsidir. 

İntihar qərarı bir anda verilmir. Bu, adətən uzunmüddətli daxili ağrının, ümidsizliyin və psixoloji tükənmənin nəticəsidir. İnsan artıq psixoloji olaraq “dözmək”dən “rahatlamaq” mərhələsinə keçir. Bu mərhələdə qərar artıq formalaşmış olur və həmin qərar insanın içində paradoksal bir sakitlik və gülərüzlük yaradır”. 

Psixoloq qeyd edib ki, bəzən insanın sakit və gülərüz görünməsi onun daxilindəki fırtınanın bitdiyi, lakin təhlükəli mərhələyə keçdiyi anlamına gələ bilər: 

“Bu sakitlik, “qurtulmaq” hissinin gətirdiyi bir rahatlıqdır. İnsan ölümün ağrını bitirəcəyinə inanır. Həmin anda beyində kortizol və stress hormonları azalır, endorfin və serotonin kimi sakitləşdirici hormonlar artmağa başlayır. Buna görə o insan birdən-birə sakit, yumşaq, mehriban və sanki yüngülləşmiş görünür”. 

Samirə İsmayılovanın sözlərinə görə, psixoloqlar bu mərhələni “təslimiyyət mərhələsi” adlandırırlar: 

“Artıq həmin şəxs mübarizə aparmır, sadəcə, çıxış yolunu seçib. Bu zaman müşahidə olunan bəzi tipik davranışlardan biri sevdiyi əşyaları paylamaq və ya “saxla, sənin olsun” deməkdir. Həmçinin, ətrafdakılara “səni sevirəm” demək, amma bu, adətən vida tərzində olur. Bundan başqa, sosial mediada və ya yazışmalarda “artıq hər şey düzələcək” kimi sakit və ümidli mesajlar yazmaq da buna nümunə ola bilər. 

Keçmişdəki incikliklər üçün üzr istəmək və bağışlamaq və ya birdən-birə yemək, yatmaq, geyim və gigiyena kimi davranışlarda dəyişiklik də bu mərhələnin göstəricilərindəndir. Bu, psixoloji baxımdan çox təhlükəli mərhələdir, çünki o insan artıq yardım istəmir, o qərarını verib”. 

Samirə İsmayılova qeyd edib ki, bu mərhələdə insan birdən-birə daha sakit, mehriban və yüngülləşmiş görünə bilər: 

“Ən ağrılısı isə budur ki, bu mərhələdə ətrafdakılar çox vaxt “artıq yaxşıdır” deyərək rahatlayır. Halbuki bu, suisid riskinin ən yüksək olduğu dövrdür. Psixoloq kimi hər zaman vurğulamaq lazımdır ki, suisid düşüncəsi ölmək istəyi deyil, ağrının bitməsini istəmək deməkdir”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri