Icma.az
close
up
RU
Özündən daha çox insanları düşünən şəxsiyyət Babam Cabar Tahirov

Özündən daha çox insanları düşünən şəxsiyyət Babam Cabar Tahirov

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onun adını həmişə yaxşı xatirələrlə  anmışıq. Əlindən yaxşılıq etmək, insanlara qarşı səmimi olmaq daxili dünyasını təşkil edib. Ana babam Tahirov Cabar Nəsib oğlu mən anadan olmamışdan qabaq dünyasını dəyişib. Ancaq onun haqqında həmişə xoş sözlər, təəssüratlar eşitmişəm və bu gün yaşlı insanlar onun yaxşılıqlarından danışırlar.

       Babam dövlət xadimi olub. Bu onun xarakterinə heç bir dəyişikliyə təsir göstərməyib. Çünki onun üçün dürüstlük, işə düzgün yanaşma, əməksevər insanları diqqətdən kənarda qoymamaq əsas qayəsi olub. Onun haqqında çox məlumat yoxdur. Buna bəzən təəssüf edirəm ki, bu günə qədər babam haqqında niyə yazı yazmamışam. Bu günlərdə əlimə tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin və Kamil Həmzəyevin 2005-ci ildə qələmə aldıqları “Suraxanı: tarixi-publisistik oçerklər, tərcümeyi-hal- lar, şəcərələr, sənədlər” kitabı keçdi. Kitabda babamın həyatının müəyyən qismi öz əksini tapıb. Babam xalqımız üçün yaşayan bir şəxs olub. Düşünürəm ki, oxucularımız üçün babamın həyatı maraqlı olar. Özündən sonra yaxşı iz qoymaq hər kəsə nəsib olmur. Babam yaxşı iz qoyan insanlardan idi.

   

    Tahirov Cabar Nəsib oğlu kimdir?

        Bakının Suraxanı kəndində anadan olub. 1914-1918-ci illərdə kənd məktəbində təhsil alıb. Ağır ailə vəziyyəti ilə əlaqədar olaraq əmək fəaliyyətinə Suraxanı neft mədənlərində fəhlə işləməklə başlamışdır. 1922-ci ildən artıq qazmaçı kimi işləyib.

        Suraxanı mədənlərində baş vermiş böyük yanğından sonra yanğının nəticəsinin ləğv edilməsində fəal iştirak edib. 1923-1930-cu illərdə neft quyularının istismarı üzrə fəhlə işləyib. 1930-1937-ci illərdə fədakar əməyinə görə, işini əla bildiyi üçün neft ustası, baş usta, mədən müdiri vəzifələrinə irəli çəkilib.

       17.12.1937-ci ildə onu Suraxanı RPK(b) katibləri Qasımov və Xansovun sözləri ilə dövləti aldatmaqda ittiham olunaraq partiya sıralarından xaric ediblər. İşə Azərbaycan Respublikasının Komunist Partiyasının Mərkəzi Komitəsi qarışandan sonra partiyaya bərpa olunub.

          Neft sənayəsində xidmətləri

         01.11.1938-ci illərdən 20.02.1939 cu ilə kimi RPK(b) katibi işləyib. 1939-1944-cü illərdə Stalinneft QÇİ-nin rəisi, 1944-1946-cı illərdə Siyəzən NQÇİ-nin rəisi vəzifəsində çalışıb.

Xəstəliyi ilə əlaqədar olaraq 1946-1949-cu illərdə Orconikidze NQÇİ-nin rəisi işləmişdir. 1949-cu ildən Siyəzən NQÇİ-nin rəisi işləyib.

           SSRİ rəhbərliyi onun əməyini diqqətdən kənarda saxlamayıb. Onu bir sıra orden və medallarla təltif ediblər:

         Azərbaycan SSR-nin Fərmanı ilə ona fəxri Neft ustası adı verilib.

          1940-1951-ci illərdə iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. 1942-ci ildə Qırmızı Əmək Bayrağı ordeni və bir çox medallarla təltif olunub.

        Azərbaycan SSR-nin fərdi təqaüdçüsü olub. 1983-cü il 31 martında Bakı şəhərində vəfat edib. Doğulub boya-başa çatdığı köhnə Suraxanı məzarlığında dəfn olunub.

        Babamın xatirəsi onun sevənlərinin, yaxınlarının qəlbində yaşayır. 

Etibar Vəliyev

       AMEA-nın Rəyasət Heyəti Aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Yanvar 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri