Icma.az
close
up
RU
Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... Ülvi Babasoy

Özünə qəsd edən hamilə qadına ölən uşağın beynini köçürürlər... Ülvi Babasoy

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Yorqos Lantimosun “Yazıq şeylər” filmi haqqında Ülvi Babasoyun "Travmadan sonrakı stres pozğunluğu" essesini təqdim edir.

Sənətin entropiyası” silsiləsindən I esse


Dumanlı London gecəsi.

Özünü körpüdən atan hamilə qadının ölümü.

Leprensin Bədheybətinə bənzəyən doktor Qodvin Baksterin qadını sudan çıxarıb belinə şəlləməsi.

Doktorun qadını evinə aparıb qarnını yarması.

Uşağın beynini qadına köçürməsi.

Dünyaya yenidən gələn uşaq-qadının böyümə və inkişaf prosesi keçməsi.

Bu hadisələr Yorqos Lantimosun “Yazıq şeylər” filmində baş verir.

Film Aleksandr Qreyin eyni adlı romanının ekran işidir. Rejissor Bella Baksterin böyümə macərasını XIX əsrin Londonunda başladır. Doktor Qodvin Bellanı elminə və gələcəyinə inandığı Maks Makkandleslə nişanlayır. Ancaq Bella vəkil Dunkanla dünya səyahətinə çıxmağı seçir. Səyahət Lizbondan İskəndəriyyəyə qədər uzanır. Bütün etdiyi hərəkət və davranışlar onun üçün bir təcrübədir. Donuq sifəti, bərəlmiş gözləri ilə Bela Bakster hər bir şən, acı təcrübəni heyrət və çaşqınlıqla qarşılayır.

Emma Stonun canlandırdığı Bella yaddaşsızlıqdan yaddaşa, şüursuzluqdan şüuraltına doğru səyahətin uşaq-yetkinidir. Postmodern bir üslubda təqdim edilən film Leprensin “Gözəl və Bədheybət”i ilə sənətlərarası əlaqə yaradır. Həmçinin Luis Bunyuelin “Əndəlüs köpəyi” filmindən süreeal elementlər, Merri Şellinin “Frankanşteyn” əsərindən qorxu, vahimə və qotik bir vizuallıq alır. Luis Kerrol və Nik Uillinqin “Alis möcüzələr diyarında” əsərləri ilə də qohumdur.

Stenli Kubrikin “2001: Kosmik Odissey” filminə də bir köynək doğmadır. Martin Meyzel qeyd edir ki, Kuantum inqilabı işıq və maddəni, hətta gerçəklik anlayışını dəyişdirəndə Albert Eynştyen və Maks Plank narahat olmağa başladılar, elmdə entropiya yarandı. Buradan da sənətə sıçradı. Nizam xaosla yer dəyişdi. Lantimos kinematoqrafiyasında isə işıqla maddənin tandemi və nizamsızlığı rəsm kompozisiyası yaradır. Rəngi və maddəni, yaxud da əşyanı (bura insan da daxildir) öz çərçivəsinə salır. Kinoda çərçivələmə metodu və ya sənəti deyilir buna. Lantimosun çərçivəsi insanı donuq, hissiz təqdim edir. Distopik bir mühit canlanır.

“Köpək dişi” filmində ailə və uşaq tərbiyəsindəki iyerarxiyanın antiiyerarxiyası, “Lobster”də cütlük tapmaq məcburiyyəti də eyni çərçivə estetikasından qidalanır. “Yazıq şeylər” (“Yazıqlar”, “Zavallılar” da ola bilər. Ancaq Lantimosda insan və əşya arasında heç bir fərq yoxdur) filmində işıq və kameranın mövqeyi qotik bir reallıq yaradır. Filmin duyğu qatını isə işıq fonunda kölgə effekti formalaşdırır. Hər bir səhnədə kameranın və ya kameraların fərqli aspektlərdən yer dəyişdiyini görürük.

Kinonun texniki, praktiki və yaradıcı tərəflərini niyə danışıram? Çünki “Yazıq şeylər” filmində qotik və futuristik kino dili vardır. Lantimos karnaval estetikasından istifadə edir. Fərqli və çoxsəsli bir narratologiya ilə həm sənətlərarası, həm də bədənlərarası ünsiyyət yaradır. Hətta bədənsizlərarası əlaqə var “Yazıq şeylər”də. Çünki qadın tam olaraq ölərkən onu dirildən doktor Qodvin bədənə yaddaş-beyin verməklə onu cəsədsizləşdirir. Bella Dunkandan cinsi impulslar alır. Hər dəfə yeni bir cinsi və psixi təcrübə yaşayır.

Lizbonda həyat və seks nə qədər gözəl, şəndirsə, İskəndəriyyədə ölüm və aclıq bir o qədər acıdır. Burada artıq sosial bərabərsizlik araya girir. Girməklə də insan yaddaş səhnəsinə çıxır. Lantimos demək istəyir ki, sosial bərabərsizliyin tarixi şüuraltını ortaya çıxarıb. İnsan təbiətdən, öz naturasından ayrılıb mifik yaddaşı tərk edib. Əvəzində tarixi yaddaşa məhkum olub. Seks və ölümü saxta sonsuzluq, rəqəmsallıq və karyera əvəz edib. İskəndəriyyədəki insanların səfil, ac və yoxsul halları Bellanı kədərləndirir, ağladır. O ana qədər hər şeyə uşaqcasına heyrətlənən bu uşaq-qız yaşamaq yorğunluğu və durğunluğuna məruz qalan qadına çevrilir. Doktor Qodvin Baksterin üzündəki çapıqlar, yaralar atasının onun üzərində apardığı eksperimentlər nəticəsində yaranıb. Və Lantimosun film dünyasında insan bir təcrübə siçanı kimi yaşayır həyatı. Həyatın özü isə kənarda qalır.

Bellanın heç nə bilməməsi həyatdakı hər şeyi sıfırlayır. Cinsi əlaqənin nə olduğunu bilməyən Bella yeni bir təcrübə yaşayır, Dunkan tərəfindən istismara məruz qalır. Sevgini də Dunkanla kəşf edir, lakin onu tanıdıqca uzaqlaşmağa, sevgisizliyə doğru addımlayır. Cəmiyyəti bilməyən Bella haqsızlıq və ədalətsizlikləri gördükcə fərd olmağa üz tutur. Fərd olmaq isə ona yaddaşlı və qalıcı bir əzab daddırır. Bella fərd kimi böyüyür və ayaq üstə tək durmağı bacarır. Bu da kişilər üçün təhlükə deməkdir. Qadın güclü bir fərd olduqda kişi onu idarə edə bilməməyin qorxusunu yaşayır. Məlum məsələdir ki, kişi güclü və əldə edilməyən qadından qorxur, çəkinir, hətta nifrət edir. Lantimos isə insanı, qadını əşya kimi əldə tutmaq çabasının lənətini göstərir.

Bella Dunkanı və insanları tam şəkildə dərk etdikdə Londona geri qayıdır. Maksla evlənərkən Dunkan onun əvvəlki əri Alfini gətirir. General Alfi güc və şiddəti simvolizə edir. Qadın məhz həmin şiddəttə dözmədiyi üçün intiharı xilas yolu seçib. Köhnə əriylə onun malikanəsinə gedən Bella insanları şiddət, güc və qorxu ilə idarə edən ağalığın, iqtidarın iç üzünü dərk edir. Güc və iqtidar demokratiyanın maksimal həddini aşdıqda bir Frankanşteyn məxluquna, bədheybətə və ya Lantimosun robotvari qəhrəmanlarına çevrilir.

Filmin yaddaş səhnəsi yaddaşsızlığın rəmzidir. Hər bir təcrübə unudulur. “Yazıq şeylər”dəki bütün obrazlar və əşyalarda cizgilər solğundur. Lakin solğunluğun cizgiləri, şəkilləri, formaları və motivləri məna yaratmaq üçündür. Filmdəki şaquli və üfüqi kadrlar çarpaz bir dinamizm yaradır. Ona görə də bütün kino tarixinə eyham var. “Yazıq şeylər”də elmi fantastik janrdakı bədii mətn və kinoların silüeti görünür. Bu siluet gərginlik və stres verir izləyiciyə. Eyni zamanda düşündürür. Sənətin entropiyasıdır bu.

Filmin sonunda doktor Qodvin Bakster ölür. Və onun yeni bir Bella yaratdığını görürük.

Bu səhnə yaddaş səhnəsinin durmadan dövr elədiyini və insanın yaşadıqlarından heç bir nəticə çıxarmadığını göstərir. Elə hamımız Bella deyilikmi? Həyatımız iki yerə bölünür: Bu dünyaya gələndə və “yaşayıb” arsızlaşandakı mərhələlərə. Yaşamağa və gözəl nəğmələr oxumağa can atırıq. Lakin yaddaş hər şeyi üstələyir. Bunun müasir adı belədir: PTSD – Post-Traumatic Stress Disorder – Posttravmatik Stres Pozğunluğu. Bəs “PTSD”-dən necə xilas ola bilərik?

Lantimos Bella Baksterin qəribə həyatı və macəralarıyla travmadan sonrakı stres pozğunluğuna sənətin diliylə estetik etiraz edir.

Axı Lantimos filmləri hər bir distopiyanın antitezasıdır. Bu estetik etiraz “PTSD”-ni yaşamamağımız və gözəlliyi duymağımız üçündür.

“Zəfərə gedən yol” adlı tədbir keçirilib Xalq artisti: "Ona deyiblər ki, Azərbaycanla əlaqəni kəs, Babayan ol" - Müsahibə İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri